Xəbər
02.07.2021 / 16:06
“Baku Steel Company”də yeni direktor təyinatı - FOTO
15064
“Baku Steel Company” MMC-nin yeni rəhbərliyin gəlməsi ardından, alt menecmentdə də yeni təyinatlar baş tutmaqdadır.
Valyuta.az xəbər verir ki, Gündüz Vəliyev, poladəritmə zavodunun Strateji planlama və büdcə departamentinə direktor təyin edilib.
O, 2017-ci ilin aprelindən 2021-ci ilin aprelinə qədər “Gilan Holding” MMC-də layihə menecer kimi çalışırdı.
Xatırladaq ki, cari ilin fevralında metallurgiya şirkətinin direktoru Kamal İbrahimov təyin edilib. K.İbrahomov hazırda “Qala” brendi altında fəaliyyət göstərən sığorta şirkətlərinin də direktorlar şurasına sədrlik edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay