BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
15009

Bu ilin ikinci yarısında, Azərbaycanın da bir sıra yeni avtomobilləri aldığı Rusiyada avtomobillər bahalaşmağa davam edəcək. 

Valyuta.az Marja.az-a istinadən xəbər verir ki, bunu TASS-a Rusiyanın iki böyük avtomobil salonundan- "Rolf" və "Avilon"dan bildirilib. Eyni zamanda, bəzi yeni avtomobil modellərinin çatışmazlığı yaranacaq.

Avtomobil satıcıları iyul-dekabr aylarında avtomobillərin qiymətinin nə qədər artacağını proqnozlaşdırmırlar, lakin "Avilon" ilin birinci yarısında maya dəyərinin artıq 5-10% artdığını qeyd edib.

"Avilon"da, avtomobillərin maya dəyərinin daha da artmasının əsas səbəbləri bəzi avtomobillərin çatışmazlığı, inflyasiya və məzənnədəki dəyişikliklər hesab olunur.

“Yeni avtomobillərdəki bahalaşma dayanmır, xüsusən də bir sıra modellərin qiymətləri iyun ayı ərzində bir qədər də artıb. Qiymətlərin tədricən artmasının yaxın aylarda davam edəcəyi proqnozlaşdırıla bilər. Eyni zamanda, bir çox markada çatışmazlıq var və bu da avtomobill seçimini məhdudlaşdırır", - deyə "Rolf" diler şəbəkəsinin rəsmi nümayəndəsi bildirib.

Müştərilər üçün işlənmiş bir avtomobil almaq daha sərfəlidir, çünki təkrar bazarda maşın qıtlığı yoxdur və qiymətlər daha əlverişlidir.

“2021-ci ilin ikinci yarısında daha da qiymət artımları proqnozlaşdırıla bilər", - Avilon-un rəsmi nümayəndəsi  bildirib.

Onun sözlərinə görə, 2021-ci ilin birinci yarısında yeni avtomobillərin qiymətləri markasından, modelindən və konfiqurasiyasından asılı olaraq orta hesabla 5-10% artıb. Eyni zamanda, ən böyük artım "Fiat Doblo"da olub 13,2%. Aston Martin, Ferrari, Maserati kimi bir sıra lüks markalar qiymətlərini artırmayıb.

Son aylarda Rusiyadakı ən böyük istehsalçılar avtomobil qiymətlərini artırırlar. Qiymət artımının əsas səbəbləri mikroçip çatışmazlığı, yüksək inflyasiya, metalın bahalaşması və məzənnədəki dəyişikliklərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Pul pulu cəlb edir: 94 yaşlı Baffettin şirkətinin səhmləri enişə baxmayaraq yüksəlişdədir

Bu məhsulu baha alıb ucuz satdıq - 68 qəpikdən İXRAC

"Microsoft"un yubileyində gözlənilməz etiraz: Al müharibəyə dəstək verir?

Yüksək faizli istehlak kreditləri iqtisadiyyata hansı təsirlər göstərir?

Meta-nın yeni süni intellekti "Llama 4" Avropaya qadağan edildi

"iPhone 16" almaq, yoxsa "iPhone 17"ni gözləmək: Hansı daha məntiqlidir?

“Microsoft” Çindəki tərəfdaşını bağlayır - 2000 nəfər işsiz qalacaq

İcra hakimiyyəti 10 min manata icarə xidmət alır

Yanvar-aprel ayının iqtisadi dalğalanması - İtirənlər və qazananlar

Sığorta bazarında fərqli mənzərə: Kim çox ödəyir, kim heç nə

Britaniya xərcləri azaltmaq üçün 300 agentliyi bağlayacaq

AzTU “Lexus-Bakı”dan 117 minlik maşın alır

Məşhur milyarder ABŞ prezidentinə qarşı: "Tramp etimadı itirir"

Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Vergi borcu olan şirkət kotirovka sorğusunun qalibi oldu

7 milyonu kənara qoyub 200 nəfərin pensiyasını müzakirə edirlər - İqtisadçı

“Baby store” cərimələndi

ABŞ hökuməti "Apple" və "Google" şirkətinə möhlət verdi

Bəzi xarici şirkətlərdən məhsul idxalına qadağa qoyulub

Cənub bölgəsindəki “İsti Su” 1,4 milyona satışa çıxarıldı

Azərbaycana ən çox ananas satan ölkə - 1 manat 80 qəpikdən

51 nəfərin diplomu tanınmayıb

Bu məktəblərdə şagird qəbulu 2 qaydada aparılacaq

“Sədərək” və “Binə” Ticarət Mərkəzlərindən Xəzər dənizinə çirkab sular axıdılırmış - Cərimə gözlənilir

AMEA-da yeni şöbə yaradıldı

Ölkədən çıxışa STOP qoyulmasını necə öyrənmək olar?

Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq®

"Dəstərxan" restoranı səs-küyə görə cərimələndi

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin