BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.8519
  • RUB
    1.9517
  • TRY
    0.0465
  • GBP
    2.2035
14962

"Bu zonanın yaradılması ideyasının təməlində bizim siyasətimiz dayanır. Xüsusilə son illər qeyri-neft sektorunun inkişafı ilə əlaqədar görülən işlər bu zonanın yaradılmasına təkan verib”. 

Valyuta.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimindən sonra Azərbaycan Televiziyasına müsahibəsində deyib.

“Biz gördük ki, qeyri-neft sektoruna qoyulan sərmayə daha çox dövlət sərmayəsidir, yaxud da ki, yerli şirkətlərin sərmayəsidir. Xarici şirkətlər daha çox neft-qaz sektoruna sərmayə qoymağa meyillidirlər. Ona görə, bu zonanın yaradılması, əminəm ki, Azərbaycanın qeyri-neft sektorunun, iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafına xidmət göstərəcək”. 

Prezident vurğulayıb ki, eyni zamanda, burada yaradılacaq infrastruktur investorlar üçün cəlbedici olacaq, ölkəmizə yeni texnologiyalar gələcək, yeni iş yerləri yaradılacaq və burada işləyəcək Azərbaycan vətəndaşlarının əməkhaqqı yüksək olacaq, rəqabətqabiliyyətli məhsul istehsal ediləcək və bizim qeyri-neft sektorumuzun ixrac imkanları genişlənəcək: 

“Çünki bizim ümumi daxili məhsulumuzun strukturuna baxsaq görərik ki, neft sektoru artıq üstünlük təşkil etmir. Ancaq ixraca baxdıqda görərik ki, ixracımızın mütləq əksəriyyəti neft-qaz məhsulları ilə təmin edilir. Ona görə bax, burada da islahatların aparılması və xarici investorların xüsusilə sənaye sahəsinə cəlb edilməsi əsas amillərdən biri idi. Əlbəttə ki, bu ideya çoxdan müzakirə olunurdu. Ancaq bu layihənin reallaşdırılması üçün vaxt düzgün seçilməli idi, biz buna hazır olmalı idik və hesab edirəm ki, bu gün biz buna hazırıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dünyanı 95 dəqiqəyə dolaşmaq: Gələcəyin kosmik təyyarəsi təqdim edildi

BMW-nin mənfəəti kəskin azaldı: "Bu oyunda qalib yoxdur"

30 manatlıq şirkətinin 50 minlik borcu var

"Control Union Azerbaijan" nizamnamə kapitalını 175 min dollara endirdi

Bayden Tramp üçün 300 milyard dollarlıq borc saxlayıb

Sumqayıt bulvarında cari təmir üçün 250 minlik tender

“Emininşaat”ın rəhbərinə “stop” qoyuldu

15 avtomobil hərraca çıxarılacaq -4900 manatdan

"Xəzər Konsaltinq Agentliyi"nin borcu 100 minə yaxınlaşır

“A Glass Travel” şirkətinin rəhbərinə “stop” qoyuldu

Deputatlarımız 14 məsələnin müzakirəsi üçün bir araya gələcək

Novruz gəlir - Bayram günlərində nə və necə yeyək?

İlham Əliyev “Euronews" televiziyasına müsahibə verdi - TAM MƏTN

Naxçıvan MR DSMF ABB ilə 400 min manatlıq müqavilə bağlayacaq

Dövlət Turizm Agentliyində yoxlama aparılır

74 yaşlı sahibkarın ölkədən çıxışına "stop" qoyuldu

Ekologiya nazirliyinin bu qurumu qonaqların qəbuluna 151 min manat xərcləyəcək

Gömrük Komitəsi itlər üçün oyuncaq top alır - 223 minlik tender

Bakıda dolları xüsusi üsullarla saxtalaşdıran dəstə ifşa olundu - Video

Bu malları alarkən dəyişdirə bilməzsiniz - SİYAHI

Bu malları alarkən dəyişdirə bilməzsiniz - SİYAHI

Komitə sədri “Sovetski”nin tamamilə sökülməsi məsələsinə münasibət bildirib

Korrupsiya İdarəsi bu qurumda yoxlamalara başladı

İstifadəçilərə qarşı ən çox casusluq edən süni intellekt sistemləri açıqlandı

Sertifikatlaşdırmadan sonra müəllimlər nə qədər maaş alırlar?

Kriptovalyutalar Azərbaycanın bank sektorunu zəiflədə bilərmi?

Qəbul imtahanında ən yüksək balı bu xanım topladı

“PAŞA Bank”ın Gürcüstan törəməsinin rəhbərliyi nə qədər qazanır? - Rəqəmlər

“PAŞA Bank”ın Gürcüstan törəməsinin rəhbərliyi nə qədər qazanır? - Rəqəmlər

"Tikinti şirkətləri vətəndaşları ömürlük kirayəçiyə çevirib" - Deputat

4 minədək müəllimin əmək müqaviləsinə xitam verilib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin