BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8669
  • RUB
    1.9776
  • TRY
    0.0447
  • GBP
    2.1862
14941

Bu ilin yanvar-may aylarında Azərbaycanda toplanılmış 398 milyon 1 min manat sığorta haqqının 318 milyon 209 min manatı və yaxud 79,9%-i 5 sığorta şirkətinin payına düşüb.

Valyuta.az-ın Marja.az-a istinadən verdiyi xəbərə görə, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (139 milyon 858 min manat), "PAŞA Sığorta" (95 milyon 593 min manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 42 milyon 197 min manat), eləcə də “Qala Sığorta” (20 milyon 916 min manat) və “Atəşgah Həyat Sığorta” (19 milyon 645 min manat) ASC-lərdir.

5 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə bazarı tərk etmiş “Rəvan Sığorta” (0 manat), bazara yeni daxil olmuş “Meqa Həyat Sığorta” (212 min manat), eləcə də "Naxçıvan Sığorta" (817 min manat), “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (1,416 milyon manat) və “Bakı Sığorta” (1 milyon 538 min  manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 3 milyon 983 min manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 1%-i deməkdir.

Qalan 11 sığorta şirkətinin ümumi yığımları isə 75 milyon 899 min manat (19,1%) təşkil edib.

ÖDƏNİŞLƏRİN 88%-Nİ 5 ŞİRKƏT HƏYATA KEÇİRİR

Bu ilin yanvar-may aylarında Azərbaycanda həyata keçirilmiş 208 milyon 233 min manat sığorta ödənişinin 183 milyon 837 min manatı və yaxud 88,3%-i 5 sığorta şirkətinin payına düşüb.

Azərbaycan Mərkəzi Bankının statistikasına görə, həmin şirkətlər "PAŞA Həyat Sığorta" ASC (101 milyon 253 min manat), Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 34 milyon 520 min  manat), eləcə də "PAŞA Sığorta" (23 milyon 134 min manat), "Atəşgah Həyat Sığorta" (16 milyon 408 min manat) və “Xalq Sığorta” (8 milyon 522 min manat)  ASC-lərdir.

5 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (0 manat), “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (0 manat), “Xalq Həyat Sığorta” (83 min manat), “Rəvan Sığorta” (98 min manat) və “Naxçıvan Sığorta” (106 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 287 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,1%-i deməkdir.

Qalan 11 sığorta şirkətinin ümumi ödənişləri isə 24 milyon 109 min manat (11,6%) təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Məşhur şirkət bütün dünyanı aldadıb: Süni intellekt əvəzinə filippinli işçilər...

Sabah hava dəyişkən buludlu olacaq

Əhalinin dərman və tibbi ləvazimatlara çəkdiyi xərc 9 %-dən çox artıb

"Google Xəritələr" məlumatları artıq "böyük mənzərəni" görməyə imkan verəcək

Əhalini ən çox aldadan şirkətlər - “Kontakt Home” I yerdə

200 min borcu olan şirkətə İcra Hakimiyyəti 400 minlik sifariş verdi

Neftimizin qiyməti bahalaşıb

AYNA müdirləri üçün təzə kreslolar alır - “Embawood”a 100 minlik sifariş

"City Construction"ın 350 mindən çox borcu var

"Azərdövlətlayihə" sabiq nazirin şirkətinə 250 minlik sifariş verdi

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

“Xeyli miqdar”, “külli miqdar” və “xüsusilə külli miqdar” – Cərimələr nə qədərdi? -SƏHƏR OXUSU

AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq

Marsda maraqlı təbiət hadisəsi müşahidə edildi

Yarım milyonluq şirkətin 15 min manat vergi borcu var

Trampın tarif müharibəsinin Amerika biznesi üçün nəticələri nə olacaq?

Kredit təşkilatının əmlakları 13 min manatdan hərraca çıxarılır

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

ÜDM ilk 3 ayda 29,9 milyard manata çatdı

Ticarət müharibəsi qlobal iqtisadiyyata 2 trilyon dollar zərər vura bilər

İmkansızlıqdan araq oğurladı, 23 gün həbs verildi

İcra Hakimiyyəti 5 binanın dam örtüyünün dəyişdirilməsinə yarım milyondan çox ayırdı

Uşaq bağçası MMC-yə çevrildi

“Güvən-İnşaat”ın rəhbərinə “stop” qoyuldu

"Dollar"ın "avro"ya qarşı məzənnəsi son üç ilin minimumuna düşüb

Möhür itdi, status getdi - 2 gündə 4 şirkət etibarsız sayıldı

Möhür itdi, status getdi - 2 gündə 4 şirkət etibarsız sayıldı

"Aqrar İnnovasiya və Təzhizat" şirkətində 104 min manatlıq dələduzluq

Birbank-ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışmasının final mərhələsi uğurla başa çatıb ®

13 illik diplomat 7 illik müddətə həbs olunub

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin