Qlobal səhm satışında REKORT HƏDD
2021-ci ilin ilk yarısında səhmlərin ilkin kütləvi yerləşdirməsi (İPO) rekord qırıb.
Valyuta.az Marja.az- istinadən xəbər verir ki, dünya üzrə şirkətlər, yüksək səhm qiymətlərini nağdlaşdıra bilmək üçün birjalarda daha əvvəl heç olmadığı qədər səhm sataraq yarışırlar.
Bloomberg tərəfindən toplanan məlumatlara görə, bu ilin ilk altı ayında, səhmlərin birjada ilk satışı təxminən 350 milyard dollar təşkil edib Bu rüblük olaraq bütün zamanların ən yüksək səviyyəsidir və 2020-ci ilin ikinci yarısındakı 282 milyard dollarlıq əvvəlki rekordu keçib.
Keçən il pandemiya ilə insanların evdə qalmaları ilə əlaqədar olaraq texnologiya şirkətlərinin səhmləri sərmayəçilərin diqqətini daha çox çəkirdi. Bu il, səhmlər sürətlə bahalaşmağa davam edərkən, sərmayəçilər daha çox bərpaolunan enerji istehsal edən şirkətlərin və onlayın ticarət şirkətlərinin səhmlərinə üstünlük verirlər.
2021-ci ilin ilk rübündə İsveçin yulaf südü şirkəti "Oatly Group AB"dən bot istehsalçısı "Dr. Martens Plc"yə qədər bir çox şirkət səhm satıb.
"Goldman Sachs Group"un maliyyə departamentinin rəhbəri Aaron Arth mövzu ilə əlaqədar olaraq etdiyi açıqlamada, "Nyu Yorkdan Honq Konqa qədər bazarlar bu ilin ilk yarısında səhm satışı üzrə çox aktiv idi və 90-ların sonundakı "dotcom" partlayışı dövrünü geridə qoymuşdur", - deyib.
Səhmlərin ilkin kütləvi satışı (İnitial public offering - İPO) - bir şirkətin öz səhmlərini satışa çıxararaq bütün sərmayəçilərə səhmdar olmaq yolunu açması fəaliyyətidir. İPO əməliyyatı, şirkətin sahib olduğu aktivlərin kiçik paylara bölünərək satışa çıxarılmasıdır.
Şirkətlər müxtəlif səbəblərlə səhm satırlar. Müvəffəqiyyətli və böyüyən şirkətlər fəaliyyətlərini genişləndirmək və investisiyalar üçün vəsait təmin etmək məqsədilə səhm satırlar. Səhm sataraq vəsait cəlb etmək bankdan kredit almaqdan daha ucuzdur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay