BAKU Azərbaycan
5.03°C
  • USD
    1.7
  • EUR
    1.8669
  • RUB
    1.9776
  • TRY
    0.0447
  • GBP
    2.1862
14309

Tovuz Rayon İcra Hakimiyyəti “İnşaatçı-57” MMC və “Azərtranss” MMC ilə satınalma müqaviləsi imzalayıb. 

Valyuta.az Hit.az-a istinadən xəbər verir ki, “İnşaatçı-57” MMC ilə bağlanan müqavilədə Tovuz rayonunda mənzil fondunun əsaslı təmiri nəzərdə tutulur. Qurum bunun müqabilində şirkətə 99 000 AZN ödəyəcək.

“Azərtranss” MMC ilə bağlanan müqavilənin maliyyə dəyəri isə 560 012 AZN təşkil edir. Şirkət Tovuz rayonunda yolların əsaslı təmirini həyata keçirməlidir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında qeyd edilir ki, “İnşaatşı-57” MMC 14 sentyabr 2018-ci ildə yaradılıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Tovuz rayonunun Abulbəyli kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Əmiraslanov Toqif Yusif oğludur.

Açıq mənbələrdə şirkət və onun qanuni təmsilçisi barədə hər hansı məlumat yoxdur. “Azərtranss” MMC-yə gəlincə, şirkət 17 fevral 2010-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı Qazax rayonu, Heydər Əliyev prospekti, ev 58/5-də yerləşir. “Azərtranss”ın qanuni təmsilçisi isə Qasımov Adil Məmməd oğludur.

Açıq mənbələrdə Adil Qasımov barədə hər hansı məlumata rast gəlinmir. Amma “Azərtranss” MMC barədə internet resurslarında çoxsaylı məlumatlar var. Media bu şirkəti “Tender kralı” adlandırır. Çünki bir çox iri layihələr 20 manat nizamnamə kapitalı olan bu şirkətə həvalə edilib. Maraqlıdır ki, MMC əsasən Qazax və Gədəbəy rayon icra hakimiyyətlərinin elan etdiyi tenderlərin qalibi olur.

2019-cu ilin yanvar-dekabr aylarında “Azərtranss” MMC Qazax rayonunda 3 tenderin qalibi olub. Şirkət Qazax rayonundakı abadlıq işləri üzrə 791 158 manat, 8 ədəd binanın dam örtüyünün təmiri üçün 669 467 manat və yolların təmir işləri üçün isə 530 040 manatlıq tenderlərin qalibi olub. Beləliklə, “Azərtranss”ın qalibi olduğu tenderlərin ümumi dəyəri 1 990 665 manat edir.

Bundan bir qədər əvvəl isə MMC Gədəbəy Rayon İcra Hakimiyətinin 933 623.8 manatlıq tenderini udub. 3 ay sonra sözügedən icra hakimiyyəti növbəti dəfə “Azərtranss”la 288 215 manatlıq müqavilə bağlayıb. Budəfəki müqavilə icra hakimiyyəti binasının təmiri ilə bağlı olub.

2020-ci ilin mart ayında Gədəbəy Rayon İcra Hakimiyyəti ilə “Azərtranss” MMC arasında toplam 1 666 081 manat 66 qəpiklik müqavilə bağlanıb. Müqavilədə şəhərdaxili küçə, meydan və parkların abadlaşdırması, həmçinin asfaltlanması nəzərdə tutulub.

2019-cu ildə isə “Azərtranss”ın Meliorasiya və Su Təsərrüfatı ASC-nin 3 milyona manata yaxın dəyəri olan tenderlərinin də qalibi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Azərdövlətlayihə" sabiq nazirin şirkətinə 250 minlik sifariş verdi

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

“Xeyli miqdar”, “külli miqdar” və “xüsusilə külli miqdar” – Cərimələr nə qədərdi? -SƏHƏR OXUSU

AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq

Marsda maraqlı təbiət hadisəsi müşahidə edildi

Yarım milyonluq şirkətin 15 min manat vergi borcu var

Trampın tarif müharibəsinin Amerika biznesi üçün nəticələri nə olacaq?

Kredit təşkilatının əmlakları 13 min manatdan hərraca çıxarılır

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

ÜDM ilk 3 ayda 29,9 milyard manata çatdı

Ticarət müharibəsi qlobal iqtisadiyyata 2 trilyon dollar zərər vura bilər

İmkansızlıqdan araq oğurladı, 23 gün həbs verildi

İcra Hakimiyyəti 5 binanın dam örtüyünün dəyişdirilməsinə yarım milyondan çox ayırdı

Uşaq bağçası MMC-yə çevrildi

“Güvən-İnşaat”ın rəhbərinə “stop” qoyuldu

"Dollar"ın "avro"ya qarşı məzənnəsi son üç ilin minimumuna düşüb

Möhür itdi, status getdi - 2 gündə 4 şirkət etibarsız sayıldı

Möhür itdi, status getdi - 2 gündə 4 şirkət etibarsız sayıldı

"Aqrar İnnovasiya və Təzhizat" şirkətində 104 min manatlıq dələduzluq

Birbank-ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışmasının final mərhələsi uğurla başa çatıb ®

13 illik diplomat 7 illik müddətə həbs olunub

Banklara dövlət rüsumuna dair təlimat verildi

Bu qurumun 41 min manat vergi borcu var

Daha bir MTK fəaliyyətini dayandırdı

Mərkəzi Bank sığorta brokerinin lisenziyasını ləğv edib

Bu duzlarda uyğunsuzluq aşkarlandı - Məhv edildi

Taksi sürücüləri üçün imtahan keçiriləcək

"Youtube"un pulsuz funksiyası - İstifadəçilər öz musiqilərini yarada biləcəklər

Bakı-Tbilisi qatarının bərpası təxirə salındı

Azərbaycanlı milyonçunun bazarına basqın

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin