BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    1.9014
  • RUB
    2.0971
  • TRY
    0.0437
  • GBP
    2.2609
14268

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən tabeliyindəki ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin II (test imtahanı) mərhələsi 24-25 iyun 2021-ci il tarixlərində keçiriləcək.

İdarədən Valyuta.az-a bildirilib ki, imtahanlar Bakı şəhəri 220 nömrəli məktəb-liseyin (ünvan: Nizami rayonu, Elşən Süleymanov 120 A. “Neftçilər” metro stansiyasının yaxınlığı) inzibati binasında təşkil olunacaq.

Qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən 1 146 şəxs //musabiqe.baku.edu.az/ portalı vasitəsilə qeydiyyatdan keçib. Qeydiyyatdan keçmiş şəxslərin elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra 778 namizədin müsabiqənin test imtahanı mərhələsində iştirakı mümkün hesab edilib.

I mərhələnin (elektron ərizələrdə qeyd edilmiş məlumatlar əsasında müraciət etmiş şəxsin müvafiq vəzifə üzrə müsabiqədə iştirak üçün uyğunluğunun yoxlanılması) yekunu, eyni zamanda müsabiqənin keçirilmə yeri və vaxtı barədə məlumatlar artıq namizədlərin şəxsi səhifələrinə göndərilib.

Müsabiqə ilə bağlı hər hansı sual yaranarsa, namizədlər (012) 599-12-22 (daxili 60-22; 60-24; 60-28) nömrəli telefonlar vasitəsilə əlaqə saxlaya bilərlər.

İmtahana buraxılışın, qeydiyyat və yerləşdirmənin təşkili zərurəti ilə əlaqədar iştirakçılardan təyin edilmiş vaxtdan 30 dəqiqə əvvəl imtahanın keçirildiyi məntəqədə olmaları xahiş edilir.

İştirakçı imtahana gələrkən şəxsiyyət vəsiqəsini təqdim etməlidir. Əks halda, namizədin imtahanda iştirakı mümkün olmayacaq. Həmçinin imtahanda iştirak etmək üçün iştirakçının öz iş nömrəsini bilməsi zəruridir.

Müsabiqə ilə bağlı yeniliklərdən xəbərdar olmaq üçün iştirakçılara şəxsi kabinetlərini mütəmadi izləmələri tövsiyə edilir.

Müsabiqənin hər hansı mərhələsində elektron ərizədəki məlumatlarla mövcud faktiki vəziyyət arasında uyğunsuzluq aşkar edilərsə, namizədlərin nəticələri ləğv ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Ali Məhkəmə əsassız varlanma ilə bağlı qərar qəbul etdi

“Unibank” Mərkəzi Bankın tələblərini pozdu - Xəbərdarlıq edildi

Rafael Quliyev Kənd Təsərrüfatı naziri təyin edildi

“Bank of Baku”nun İdarə Heyəti sədrinin müavini vəzifəsindən ayrıldı

Pul haqq idi, nə vaxtdan enerji oldu?

Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs bu gün səhər edam olunub

Daha bir ölkəyə vizasız gedə biləcəyik

Neftimizin qiyməti ucuzlaşıb

Tanınmış iş adamı vəfat etdi - Foto

İlon Mask siyasətdən tədricən uzaqlaşacağını açıqlayıb

İlon Mask siyasətdən tədricən uzaqlaşacağını açıqlayıb

Rubl ucuzlaşıb - Yeni məzənnə

Azərbaycanda bir nəfərin aylıq xərci nə qədərdir?

Loqo satışlara necə təsir edir? - EKSPERT

"Bitcoin" 107 min dolları keçdi - "Ethereum" və "XRP"nin qiyməti düşdü

Sevərək işlədiyimiz ev mühiti işimizi necə ləngidir? – 7 əsas mənfi cəhət - SƏHƏR OXUSU

Sevərək işlədiyimiz ev mühiti işimizi necə ləngidir? – 7 əsas mənfi cəhət - SƏHƏR OXUSU

ABŞ Ayda nadir tapılan maddənin çıxarılması üçün xüsusi qurğu hazırladı

158 min manat vergi borcu olan şirkət kimindir?

"Volkswagen" ID subbrendindən imtina edir

Neyroşəbəkələrlə mübahisə: Süni intellekt, yoxsa insan daha inandırıcıdır?

Vergi borcu olan şirkət direktorunun ölkədən çıxışına STOP qoyuldu

Dünyanın ən incə oyun noutbuku tanıdıldı - FOTO

FHN-nin Cəbrayılla bağlı 3 milyonluq tenderi ləğv edildi

"80 faiz qaydası": Zukerberq, Eynşteyn və Cobsu birləşdirən yanaşma

Bu ASC-yə məxsus əmlak hərraca çıxarılacaq

10 manatlıq şirkət borc içindədir

Uzun iş saatları beyni dəyişdirə bilər? - Tədqiqat

Uzun iş saatları beyni dəyişdirə bilər? - Tədqiqat

Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu rayonlardadır

İlahiyyat İnstitutunda magistratura səviyyəsi üzrə yeni ixtisaslaşmalar açılıb

Bolqarıstan gələn ildən avroya keçəcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin