BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.8808
  • RUB
    1.9773
  • TRY
    0.0447
  • GBP
    2.1847
14098

"Özgüvən Dış Ticarət Tel və Kablo Sanayi Limited” şirkətinin rəhbərinə qarşı 762000 ABŞ dolları məbləğində dələduzluq edilib.

Valyuta.az xəbər verir ki, bu barədə Teleqraf.com-a müraciət edən şirkətin rəhbəri Karakamçı Osman Mustafa oğlunun vəkili Teymur Baloğlanov bildirib.

O, qeyd edib ki, 5 ildən çox müddətdir hüquqlarını müdafiə etdiyi türkiyəli iş adımına qarşı dələduzluq edilib, amma qaldırılmış cinayət işi ilə bağlı nəticə yoxdur.

Vəkilin sözlərinə görə, dələduzluq faktı ilə bağlı Baş prokuror Kamran Əliyevə müraciət edib. Vəkil həmin müraciətin bir nüsxəsini də redaksiyamıza təqdim edib.

Baş prokurora ünvanlanan müraciətdə deyilir: "Hüquqlarını müdafiə etdiyim Türkiyə Respublikasında fəaliyyət göstərən "Özgüvən Dış Ticarət Tel və Kablo Sanayi Limited” şirkəti ilə Azərbaycan Respublikasının "A-Star Servis” MMC arasında Türkiyə vətəndaşı Mithat Dəmirin vasitəçiliyi ilə bağlanmış müqavilə əsasında əlvan metalların alınması nəzərdə tutulub.

Bu məqsədlə "Özgüvən Dış Ticarət Tel və Kablo Sanayi Limited” şirkətinin rəhbəri Karakamçı Osman Mustafa oğlu tərəfindən Mithat Dəmirə 11 iyun 2015-ci ildə 13200 ABŞ dolları, 16 iyun 2015-ci ildə isə 630000 ABŞ dolları məbləğındə pul göndərilib. Mithat Dəmirlə aparılan danışıqlara əsasən, həmin məbləğ "A-Star Servis” MMC-nin rəhbəri Ayaz Salahova verilib. Sonuncu isə həmin vəsaiti mənimsəyib. Müqavilə üzrə öhdəliklər yerinə yetirilməyib, zərərçəkmişə vurulmuş ziyan ödənməyib”.

Vəkil qeyd edib ki, şikayət əsasında Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 178.3-cü (dələduzluq) maddəsinin əlamətləri ilə 150040821 saylı cinayət işi başlanıb: "Cinayət işi başlansa da, 5 il ərzində istintaqın başa çatdırılması təmin edilməyib. İş dəfələrlə bir neçə müstəntiqin icraatında olub. Hətta aidiyyət əsası ilə Xəzər rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Daha sonra isə yenidən Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsinə qaytarılıb. Bir sözlə, süründürməçiliyə yol verilib.

Zərərçəkən hüquqi şəxs və onun rəhbəri Karakamçı Osman Msutafa oğlunun, eləcə də Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin dəfələrlə etdiyi müraciətlərə baxmayaraq iş üzrə məsuliyyət daşımalı olan şəxslər cəzadan yayındırılır, istintaqa məntiqi nəticə verilmir.

Bizə qardaş və dost ölkə olan Türkiyə Respublikasının iş adamlarına qarşı törədilmiş cinayətin cəzasız qalması, onların probleminə belə laqeyd münasibət göstərilməsi yolverilməzdir. Bu kimi hallar millətlər və ölkələr arası münasibətlərə xələl gətirir, qanunların aliliyinə, hüquq-mühafizə orqanlarımıza olan inamı sarsıdır”.

Teymur Baloğlanov bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı törədilən dələduzluq faktı əslində korrupsiya xarakterli olduğu üçün cinayət işinin istintaqı daha peşəkar və səriştəli orqan olan Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılacağı halda öz məntiqi nəticəsini tapa bilər”.

Vəkil deyib ki, Baş prokuror Kamran Əliyevə ünvanladığı müraciətdə ondan belə bir xahiş edib: "Məlumdur ki, bu kimi bir çox cinayət işlərinin istintaqı həmin qrumda müvəffəqiyyətlə başa çatdırılıb, cinayətkarlar layiqli cəzalarını alıb, vurulmuş ziyanın ödənilməsi təmin edilib. Qeyd olunanlara əsasən, süründürməçiliyə son qoymaq üçün 150040821 saylı cinayət işinin Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsindən alınaraq Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin istintaqçılarına tapşırılmasına dair göstəriş verəsiniz. Cənab Baş prokuror, əminəm ki, sizin belə bir qərarınız səmərəsini verəcək”.

Teymur Baloğlanov bildirib ki, Baş Prokurorluqdan onun müraciətinə cavab verilib: "Cavabda qeyd olunub ki, bizim müraciətimiz araşdırılması üçün Bakı şəhər Prokurorunun müvaini Mobil Şəfiyevə göndərilib. Ümid edirəm ki, müraciətimiz ciddi araşdırılacaq, müsbət həllini tapacaq”.

Xatırladaq ki, hazırda cinayət işi Binəqədi rayon Polis İdarəsinin istintaq istintaq şöbəsinin müstəntiqi İlqar Həmidovun icraatında araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

1,5 milyon "iPhone" hava ilə köçürüldü: "Apple" Trampın rüsumlarına qarşı plan qurdu

Bu şadlıq sarayı cərimələndi

Kanada vətəndaşına məxsus şirkət Azərbaycanda fəaliyyətə başlayır

Qarabağın bu əraziləri işıqlandırılacaq - 13 milyonluq layihə

Akademiyanın avtomobilləri satışda – Qiymətlər 5 min manatdan başlayır

Bu ərazilərdə meteoroloji stansiyalar quraşdırılacaq

Keçmiş nazir müavininə məxsus olduğu deyilən şirkətə 200 minlik sifariş

Bu şirkətin 785 180 manat vergi borcu var

Dünyanın ən varlıları bir gündə rekord gəlir əldə edib

Sumqayıt Ağac Emalı Zavodu borclandı

Lüks avtomobil markasının rəhbəri 46 min dollarlıq "Toyota"da gəzir (FOTO/VİDEO)

Nazirlik idman zalının tikintisi üçün daha 1.6 mln. manat ayırdı

"Instagram" gizli kod funksiyasını təqdim edəcək

Rusiyadan Azərbaycana 460 kq qoruyucu gətirilib

"iPhone XX" gəlir? - "Apple"dan "iPhone"un 20 illiyi üçün iddialı planlar

“Topxana Layihə İnşaat” MMC-nin vergi borcu 2,6 milyona çatıb

“Topxana Layihə İnşaat” MMC-nin vergi borcu 2,6 milyona çatıb

Neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər?

"Atlant" İstirahət Mərkəzi müsadirə oluna bilər - Həbs qoyuldu

Çalışmanın yaş həddinə çatmış müəllimlərin əmək müqaviləsinin uzadılması şərti açıqlanıb

Bu hallarda aliment əmlaka yönləndirilə bilər

“Kapital Bank”ın Müşahidə Şurasına təyinat olub

Təyyarələrdə sərnişin məlumatları qaydaları təsdiqləndi

Bu halda universitet oxuyanlar təhsili dayandırıb əsgər gedəcəklər - AÇIQLAMA

Mərkəzi Bank növbəti dəfə “Epul”da pozuntular aşkarladı

Azərbaycanda dövlətdən ev alanlar - Ən çox bu rayonlardadır

Azərbaycanda bu universitet cərimələndi

Azərbaycanda bu universitet cərimələndi

Mingəçevir Baytarlıq Xidmətinə yeni rəis təyin olundu

Azərbaycanda insanların "WhatsApp" yazışmalarını ələ keçirərək satan şəxs həbs edildi

987 manatlıq qan alınıb - Bu ölkələrdən

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin