Xəbər
17.06.2021 / 10:32
“Yay məktəbi”ndə dərs deyən müəllimlərin heç bir hüququ tapdalanmır - AÇIQLAMA
14075
“Yay məktəbi” mövcud karantin qaydalarına uyğun olaraq təşkil olunur. Yəni məktəblərdə sosial məsafə gözlənilir, müəssisəyə daxil olan şəxslər yoxlanılır.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.
O bildirib ki, məktəblərdə vaksinasiyadan keçən müəllimlər rahat ortamda öz fəaliyyətlərini davam etdirirlər.
M.Vəliyeva onu da əlavə edib ki, “Yay məktəbi”ndə iştirak edən müəllimlərin iş müddəti bitmədiyindən burada öz funksiyalarını yerinə yetirirlər:
“Onların saatları müqabilində “Yay məktəbi”nə cəlb olunublar. Bu səbəbdən hesab edirəm ki, onların heç bir hüququ tapdalanmır”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay