Sənaye
17.06.2021 / 09:32
Azərbaycanın xalça idxalına çəkdiyi xərc kəskin artıb
14067
Bu ilin yanvar-may aylarında Azərbaycan 8,632 milyon ABŞ dolları dəyərində xalçalar və digər toxunma döşəmə örtükləri idxal edib.
Dövlət Gömrük Komitəsindən Valyuta.az-a verilən xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,143 milyon ABŞ dolları (57,3 %) çoxdur.
Beş ay ərzində Azərbaycanın xalçalar və digər toxunma döşəmə örtükləri ixracının dəyəri isə 147 min ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 30 min ABŞ dolları (25,6 %) çoxdur.
Hesabat dövründə xalçalar və digər toxunma döşəmə örtükləri üzrə idxal Azərbaycanın ümumi idxalının 0,2 %-ni təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay