Azərbaycan Aİ ölkələrinə 3 milyard dollardan çox mal ixrac edib - DGK
Bu ilin yanvar-may aylarında Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi 4,530 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 0,6% çoxdur.
Valyuta.az Dövlət Gömrük Komitəsinin yaydığı hesabata əsasən bildirir ki, yanvar-may aylarında Aİ-yə ixrac 3,670 mlrd. dollar, idxal isə 860,113 mln. dollara bərabər olub. Bu illik müqayisədə, müvafiq olaraq 0,6% və 0,4% çoxdur.
Beləliklə, cari ilin beş ayında 2,810 mlrd. dollarlıq müsbət ticarət saldo yaranıb ki, bu göstərici 2020-ci ilin analoji dövrü ilə müqayisədə 0,7% çoxdur.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın Aİ ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi 9,332 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 27,8% azdır. Ötən il 4,269 mlrd. dollarlıq müsbət ticarət saldo olub ki, bu da illik müqayisədə 47,1% azdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay