BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.8808
  • RUB
    1.9773
  • TRY
    0.0447
  • GBP
    2.1847
13991

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədi üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində aidiyyəti dövlət orqanları ilə birlikdə ardıcıl monitorinqlər, yoxlama-nəzarət tədbirləri həyata keçirir.

AQTA-dan Valyuta.az-a verilən məlumata görə, aparılan müntəzəm yoxlama-nəzarət zamanı qanunsuz heyvan kəsimi fəaliyyəti ilə bağlı aşkar olunmuş faktlar üzrə məlumatlar Agentlik tərəfindən müvafiq tədbirlərin görülməsi üçün yerli icra hakimiyyəti orqanlarına göndərilsə də, bir sıra heyvan kəsimi məntəqələri qanunsuz fəaliyyətini hələ də davam etdirməkdədir.

Belə ki, 19 aprel - 4 iyunda Xaçmaz şəhərinin Köhnə-Xaçmaz, Nərəcan, Müzəffəroba, Mürşüdoba və Çinartala kəndləri üzrə keçirilən monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrinə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onlardan bəzilərinin qanunsuz fəaliyyəti davam etdirdikləri aşkar olunub.

Həmin qanunsuz heyvan kəsimi məntəqələrinin ünvanları aşağıdakılardır:

Xaçmaz rayonu üzrə:

1. Xaçmaz şəhəri, Köhnə-Xaçmaz kəndində yerləşən, Ağayev Nemət Sadıq oğluna məxsus heyvan kəsim məntəqəsi;

2. Xaçmaz şəhəri, Köhnə-Xaçmaz kəndində yerləşən, Əhmədov Murad Hakim oğluna məxsus heyvan kəsim məntəqəsi;

3. Xaçmaz şəhəri, Köhnə-Xaçmaz kəndində yerləşən, Seyidov Zaur Buludxan oğluna məxsus heyvan kəsim məntəqəsi;

4. Xaçmaz şəhəri, Köhnə-Xaçmaz kəndində yerləşən, Məlikməmmədov Rəşad İlyas oğluna məxsus heyvan kəsim məntəqəsi;

5. Xaçmaz şəhəri, Köhnə-Xaçmaz kəndində yerləşən, Ağayev Nizami Əmirağa oğluna məxsus heyvan kəsim məntəqəsi;

6. Xaçmaz şəhəri, Müzəffəroba kəndində yerləşən, Hüseynov Ramin Şafaqat oğluna məxsus heyvan kəsim məntəqəsi;

7. Xaçmaz şəhəri, Mürşüdoba kəndində yerləşən, Qəhrəmanlı Ruslan Firuddin oğluna məxsus heyvan kəsim məntəqəsi;

8. Xaçmaz şəhəri, Nərəcan kəndində yerləşən, Ağayev Rifaq Sabir oğluna məxsus heyvan kəsim məntəqəsi;

9. Xaçmaz şəhəri, Bakı prospektində yerləşən, Bürcəliyev Mövlan Gəncəli oğluna məxsus heyvan kəsim məntəqəsi;

10. Xaçmaz şəhəri, R. Behbudov küçəsində yerləşən, Balakişiyev Heybət Şıxcamal oğluna məxsus heyvan kəsim məntəqəsi;

11. Xaçmaz şəhəri, Quba yolunun 1-ci kilometrliyində yerləşən, Mehrəliyev Məcnun Gülmurad oğluna məxsus heyvan kəsim məntəqəsi;

12. Xaçmaz şəhəri, Hacıəlibəyli kəndində yerləşən, İsmayılov Mehdi İsmayıl oğluna məxsus heyvan kəsim məntəqəsi;

13. Xaçmaz şəhəri, Köhnə-Xaçmaz kəndində yerləşən, Kərimov Eyvaz Kərəm oğluna məxsus heyvan kəsim məntəqəsi;

14. Xaçmaz şəhəri, Çinartala kəndində yerləşən, Manafov Əliməmməd Gülməmməd oğluna məxsus heyvan kəsim məntəqəsi;

15. Xaçmaz şəhəri, Bakı prospektində yerləşən, İsgəndərov Əli İsgəndər oğluna məxsus heyvan kəsim məntəqəsi.

AQTA bəyan edir ki, qanunsuz heyvan kəsimi fəaliyyətinə nəzarətlə bağlı müvafiq orqanlar haqqında qanunvericiliyə uyğun tədbirlər həyata keçiriləcək. Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə çağırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Dollar"ın "avro"ya qarşı məzənnəsi son üç ilin minimumuna düşüb

Möhür itdi, status getdi - 2 gündə 4 şirkət etibarsız sayıldı

"Aqrar İnnovasiya və Təzhizat" şirkətində 104 min manatlıq dələduzluq

Birbank-ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışmasının final mərhələsi uğurla başa çatıb ®

13 illik diplomat 7 illik müddətə həbs olunub

Banklara dövlət rüsumuna dair təlimat verildi

Bu qurumun 41 min manat vergi borcu var

Daha bir MTK fəaliyyətini dayandırdı

Mərkəzi Bank sığorta brokerinin lisenziyasını ləğv edib

Bu duzlarda uyğunsuzluq aşkarlandı - Məhv edildi

Taksi sürücüləri üçün imtahan keçiriləcək

"Youtube"un pulsuz funksiyası - İstifadəçilər öz musiqilərini yarada biləcəklər

Bakı-Tbilisi qatarının bərpası təxirə salındı

Azərbaycanlı milyonçunun bazarına basqın

Baş nazir elektromobillərlə bağlı qərarı təsdiqlədi

Baş nazir elektromobillərlə bağlı qərarı təsdiqlədi

Pullarımızı nağd saxlayaq, yoxsa kartda?

Marketinq "KOLXOZ" deyil - "Embawood" hadisəsindən çıxarılası dərs

İlham Əliyev Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti ilə görüşüb

Azərbaycanda ən çox gəliri olan partiyalar - SİYAHI

Bakıda alça bu qiymətə satılır - FOTO

Yanacaqdoldurma obyektləri ilə bağlı yenilik

Taksi sürücülərinin iş qrafiki necə olmalıdır? - AÇIQLAMA

Bakı Ağır Cinayətlər Məhkəməsi mərkəzdən köçürülür - Tikinti başladı

100 manatlıq bu cərimə 10 minədək qaldırılır

Vyetnam ABŞ-yə Çin mallarına nəzarətin gücləndirəcəyini vəd etdi

Sabiq nazirin qızı Britaniyadakı şirkətin direktorluğundan uzaqlaşdırılıb

Sabiq nazirin qızı Britaniyadakı şirkətin direktorluğundan uzaqlaşdırılıb

MİDA: Güzəştli mənzilləri daha çox hərbçilər, müəllimlər və polislər alıb

Azərbaycanda orta aylıq əməkhaqqı 1 043 manata yüksəlib

Əsas kapitala 3,4 milyard manat investisiya yönəldilib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin