
Şuşada iki qardaş ölkə hansı müqavilələr bağlaya bilər? - ŞƏRH
"Əslində bu görüş tək iqtisadi deyil, siyasi və geostrateji baxımdan da çox önəmlidir. Görüşün Şuşada baş tutması həm regiona, həm də regionumuzdakı müxtəlif güclərə bir mesajdır”.
Valyuta.az xəbər veri ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfərinin iqtisadi tərəflərindən danışarkən deyib.
O bildirib ki, bu görüşdə Azərbaycanla Türkiyə arasında rüsumsuz ticarətin daha da genişləndirilməsi ilə bağlı qərarlar verilə bilər:
"Mart ayında iqtisadi sahədə 15 sənəd imzalanmışdı. İndi həmin sənədlərin daha da genişləndirilməsi və digər istiqamətlərı də əhatə edəcək yeni ticarət, iqtisadi anlaşmaların imzalanması gözlənilir. Çox güman ki, hər iki ölkə iqtisadiyyatının inteqrasiyasının sürətlənməsi və Azərbaycan-Türkiyə iş adamlarının qarşısında olan problemlərin həlli ilə də bağlı sənədlər imzalanacaq. Söhbət vergi və gömrük istiqamətində maneə yarada biləcək məqamlardan da gedir. Həm Türkiyə, həm də Azərbaycan qanunvericiliyinə görə, bir-birinə dəstək verəcək dəyişikliklərin olması ehtimalı və hətta rüsumsuz ticarətin daha da genişləndirilməsi ilə bağlı qərarlar qəbul edilə bilər”.
Natiq Cəfərli qeyd edir ki, Şuşa görüşündə həmçinin Azərbaycan ordusunun Türkiyə ordusu modeli ilə formalaşdırılması da müzakirə oluna bilər:
"Amma mənə elə gəlir ki, daha bir vacib qərar Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında dəfələrlə səsləndirilmişdi ki, Azərbaycan ordusunun Türkiyə ordusu modelinə formalaşadırılması və inkişaf etdirilməsi əsas prioritet məsələlərdən biridir. Ola bilər ki, bu istqamətdə də bəzi ilkin sənədlərin imzalanmasının şahidi olduq. Azərbaycan ordusunun modernləşdidrilməsi və yeni standartlara uyğun inkişaf etdirilməsi ilə bağlı Türkiyənin təcrübəsindən yaralanmaq üçün müəyyən sənədlərin imzalanması da mümkündür”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay