Makro
14.06.2021 / 13:23
Gürcüstanın xarici ticarət dövriyyəsinin dəyəri 18% artıb
13830
Bu ilin yanvar-may aylarında Gürcüstanın xarici ticarət dövriyyəsinin dəyəri 5,019 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 18,2% çoxdur.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.
Sənədə əsasən, son 1 ildə qonşu ölkənin ixracının dəyəri 24,4 % artaraq 1,538 milyard dollar, idxalının dəyəri isə 15,7% artaraq 3,481 milyard dollar olub.
Son nəticədə xarici ticarətdə 1,943 milyard dollarlıq kəsir yaranıb ki, bunun da ümumi ticarət dövriyyəsindəki payı 38,7%-dir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay