
Deputat: “İxracatın dəstəklənməsi üçün yeni kreditlərin tətbiq edilməlidir”
“Vətən Müharibəsində inamlı qələbəmiz ölkə iqtisadiyyatının dayanıqlılığını növbəti dəfə göstərmiş oldu”.
Valyuta.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşad Mirbəşiroğlu deyib.
Deputat bildirib ki, ölkənin yeni çağırışlar qarşısında olduğu şübhəsizdir:
“Bunun üçün də milli inkişafın yeni prioritetləri müəyyənləşdirilib. 2 fevral tarixində prezident tərəfindən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi təsdiq edilib. Bu sənəd çərçivəsində ixrac potensialının gücləndirilməsi təklif olunub. Ölkənin iqtisadi artım potensialı daha ciddi addımların atılmasını zəruri edir. Azərbaycan brendinin dünyada tanıdılması əsas məsələlərdən biridir. Azərbaycanda ixracatın dəstəklənməsi üçün yeni kreditlərin tətbiq edilməsinə ehtiyac var. Təklif edirəm ki, aidiyyəti qurumlar Azərbaycanda ixracat qurumlarının inkişafı sahəsində addımlar atsınlar. Gələcəkdə Azərbaycanın beynəlxalq əməkdaşlığı üçün bu çox vacibdir”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay