Xəbər
10.06.2021 / 15:04
Keçmiş nazirin şirkəti nizamnamə kapitalını azaldır
13663
"Improtex Group" MMC-yə daxil olan "Improtex Motors" MMC nizamnamə kapitalını azaltdığını elan edib.
Valyuta.az Report.az-a verilən xəbərə görə, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti məlumat yayıb.
Bununla belə, kommersiya qurumu 6 200 manat olan kapitalındakı azalmanın nə qədər olacağını açıqlamayıb.
Xatırladaq ki, "İmprotex Motors" 1997-ci ildə yaradılıb. Şirkət bir sıra məşhur avtomobil markalarının Azərbaycanda rəsmi və eksklüziv idxalçısıdır. Onun daxil olduğu holdinq Azərbaycanın keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Füzuli Ələkbərova məxsusdur. O, nazir işlədiyi müddətdə holdinqə onun həyat yoldaşı - İradə Ələkbərova rəhbərlik edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay