Kənd təsərrüfatı üzrə xidmət çeşidləri artıq artırılıb – FOTO
Bu il “Bakı Expo Mərkəzi”ndə 10-12 iyun tarixlərində 14-cü “Caspian Agro” Beynəlxalq Kənd Təsərrüfatı sərgisi keçirilir. “Prior Lizinq” ASC artıq ikinci dəfədir ki, eyni adlı sərgidə iştirak edir.
Valyuta.az Oxu.az-a istinadən xəbər verir ki, şirkət sərgidə kənd təsərrüfatı texnikaları və aqreqatları, lizinq xidməti və kredit məhsullarını fermer və kənd təsərrüfatı müəssisələrinə təqdim edir. Şirkət sərgidə 4 stend ilə təmsil olunub - texnika stendi, heyvandarlıq stendi, lizinq xidmətləri və törəmə şirkəti “Prior Credit” BOKT QSC-nin kredit məhsulları stendi.
Şirkətin sərgidə iştirak məqsədi aqrar sahədə dövlətin həyata keçirdiyi islahatlar nəticəsində yaranmış yeni lizinq və kredit məhsullarını fermerlərə təqdim etmək, fermerlərin rəylərini və istəklərini toplamaqdır. Belə sərgilər şirkəti tanıtmaqla yanaşı onları müştərilə daha da yaxınlaşdırır və ünsiyyəti artırır.
“Prior”un başlıca məqsədi xidmət və məhsulları fermerlərə əl çatan etmək, onlara göstərilən xidmətlərin vaxtını və əlavə xərclərini azaltmaqdır. Son iki il ərzində “Prior” 13 bölgədə sərgi salonları vasitəsi ilə fermerlərə xidmət göstərir.
Fermerlərə regionlarda göstərilən maliyyə xidmətlərinin genişləndirilməsi məqsədi ilə 2020-ci ildə “Prior Leasing” ASC Bank olmayan Kredit Təşkilatı “Prior Credit” QSC-ni təsis edib və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müvafiq lisenziya alıb.
“Prior Leasing” ASC 2014-cü ildə yerli sahibkarlar tərəfindən təsis edilib. Şirkətin əsas fəaliyyəti yerli təchizatçılarla yanaşı, Avropa, ABŞ, Çin, Türkiyə və digər ölkələrdə olan xeyli sayda texnika istehsalçılarının məhsullarının nəğd və ya güzəştli lizinqlə satışını həyata keçirməkdir. “Prior Leasing” ASC və “Prior Credit” BOKT QSC Aqrar Kredit və İnkişaf Agentliyinin müvəkkil kredit təşkilatıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay