BAKU Azərbaycan
16.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
13650

2021-ci ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 164 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. 

Dövlət Statistika Komitəsindən Valyuta.az-a verilən məlumata görə, 96 ölkəyə məhsul ixrac, 152 ölkədən idxal olunub.

Rəsmi məlumata görə, 2021-ci ilin yanvar-aprel aylarında ölkənin xarici ticarət dövriyyəsi 9532,1 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 6003,2 milyon dollarını və ya 63,0 faizini ölkədən ixrac olunmuş məhsulların, 3528,9 milyon dollarını (37,0 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib. Nəticədə 2474,3 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 16,5 faiz artıb, real ifadədə isə 12,4 faiz, o cümlədən idxal 18,1 faiz, ixrac 8,3 faiz azalıb.

2021-ci ilin yanvar-aprel aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 27,0 faiz, real ifadədə 10,7 faiz artaraq 697,0 milyon dollar olub.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 37,5 faizini İtaliyaya, 16,6 faizini Türkiyəyə, 5,5 faizini Hindistana, 5,3 faizini İspaniyaya, 4,9 faizini Gürcüstana, 3,1 faizini Rusiyaya, 3,0 faizini Portuqaliyaya, hər biri 2,8 faiz olmaqla Ukrayna və Xorvatiyaya, 2,7 faizini İsrailə, 2,5 faizini Tunisə, hər biri 1,9 faiz olmaqla Belarus və Çinə, 1,4 faizini Birləşmiş Krallığa, 1,1 faizini İsveçrəyə, 7,0 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (31,0 faiz), Rusiyaya (27,0 faiz), İsveçrəyə (9,8 faiz), Gürcüstana (7,7 faiz), ABŞ-a (3,3 faiz), Çinə (2,2 faiz), Türkmənistana (1,8 faiz), Ukraynaya (1,6 faiz), Belçikaya (1,3 faiz), Qazaxıstana (1,2 faiz), Almaniyaya (1,1 faiz), İrana (1,0 faiz), İtaliyaya (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,2 faizi Rusiya, 15,2 faizi Türkiyə, 12,3 faizi Çin, 6,9 faizi Almaniya, 4,3 faizi ABŞ, 4,0 faizi Ukrayna, 3,6 faizi İran, 3,5 faizi İtaliya, 2,7 faizi Birləşmiş Krallıq, hər biri 2,0 faiz olmaqla Koreya və Yaponiya, 1,7 faizi Fransa, 1,6 faizi Braziliya, 1,5 faizi Hindistan, hər biri 1,2 faiz olmaqla Belarus və Polşa, 18,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2021-ci ilin yanvar-aprel aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 50,2 faiz, şəkər – 2,4 dəfə, bitki yağları – 35,3 faiz, meyvə və tərəvəz şirələri – 28,2 faiz, meyvə və tərəvəz konservləri – 18,4 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 1,8 dəfə, pambıq lifi – 2,1 dəfə, pambıq ipliyi – 47,1 faiz, bentonit gili – 4,2 faiz artmış, təzə tərəvəz ixracı isə 35,1 faiz, çay – 21,1 faiz, kartof – 34,2 faiz, tütün – 59,9 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 22,5 faiz, polietilen – 0,5 faiz, emal olunmamış alüminium – 15,3 faiz, qara metallardan borular – 1,3 faiz azalmışdır.

2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 2021-ci ilin yanvar-aprel aylarında buğda idxalı 30,6 faiz, xam şəkər və şəkər – 2,2 dəfə, kərə yağı, digər süd yağları və pastaları – 4,6 faiz, kartof – 3,8 faiz, təzə tərəvəz – 1,7 dəfə, siqaretlər – 1,9 faiz, minik avtomobilləri – 37,0 faiz, dərman vasitələri – 9,3 faiz, hesablama maşınları, blok və qurğuları – 10,8 faiz, rezin şinlər – 50,3 faiz, yük avtomobilləri – 1,7 dəfə, mebellər – 8,4 faiz, paltaryuyan maşınlar – 30,0 faiz, məişət kondisionerləri – 2,2 dəfə, məişət soyuducuları – 51,0 faiz artmış, bitki yağları idxalı isə 11,5 faiz, təzə meyvə – 0,9 faiz, çay – 2,7 faiz, quş əti və onun əlavə məhsulları – 27,2 faiz, mal əti – 33,6 faiz, qara metallardan borular – 37,3 faiz, polad prokatı – 56,2 faiz, mineral gübrələr – 28,8 faiz, qara metallardan çubuqlar – 64,1 faiz, polietilen – 45,5 faiz, qara metallardan künclüklər – 27,6 faiz, avtobuslar – 36,2 faiz, sement və sement klinkerləri – 47,5 faiz azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Microsoft"un yubileyində gözlənilməz etiraz: Al müharibəyə dəstək verir?

Yüksək faizli istehlak kreditləri iqtisadiyyata hansı təsirlər göstərir?

Meta-nın yeni süni intellekti "Llama 4" Avropaya qadağan edildi

"iPhone 16" almaq, yoxsa "iPhone 17"ni gözləmək: Hansı daha məntiqlidir?

“Microsoft” Çindəki tərəfdaşını bağlayır - 2000 nəfər işsiz qalacaq

İcra hakimiyyəti 10 min manata icarə xidmət alır

Yanvar-aprel ayının iqtisadi dalğalanması - İtirənlər və qazananlar

Sığorta bazarında fərqli mənzərə: Kim çox ödəyir, kim heç nə

Britaniya xərcləri azaltmaq üçün 300 agentliyi bağlayacaq

AzTU “Lexus-Bakı”dan 117 minlik maşın alır

Məşhur milyarder ABŞ prezidentinə qarşı: "Tramp etimadı itirir"

Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Vergi borcu olan şirkət kotirovka sorğusunun qalibi oldu

7 milyonu kənara qoyub 200 nəfərin pensiyasını müzakirə edirlər - İqtisadçı

“Baby store” cərimələndi

ABŞ hökuməti "Apple" və "Google" şirkətinə möhlət verdi

Bəzi xarici şirkətlərdən məhsul idxalına qadağa qoyulub

Cənub bölgəsindəki “İsti Su” 1,4 milyona satışa çıxarıldı

Azərbaycana ən çox ananas satan ölkə - 1 manat 80 qəpikdən

51 nəfərin diplomu tanınmayıb

Bu məktəblərdə şagird qəbulu 2 qaydada aparılacaq

“Sədərək” və “Binə” Ticarət Mərkəzlərindən Xəzər dənizinə çirkab sular axıdılırmış - Cərimə gözlənilir

AMEA-da yeni şöbə yaradıldı

Ölkədən çıxışa STOP qoyulmasını necə öyrənmək olar?

Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq®

"Dəstərxan" restoranı səs-küyə görə cərimələndi

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

Startaplar üçün vençur studiya yaradıldı - Hansı imkanlar var?

MTK-ların qanunazidd qaraj biznesi: Bir parkinq yeri 25 min manata satılır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin