Dünya
09.06.2021 / 13:20
Azərbaycan bu il Gürcüstandan geri çəkdiyi sərmayəni açıqladı
13577
Azərbaycan Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyaların 6 239,9 min ABŞ dollarını bu ilin I rübündə geri çəkib.
Valyuta.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin rüblük hesabatında qeyd olunub.
Sənədə əsasən, bu ilin yanvar-mart aylarında Gürcüstan iqtisadiyyatına birbaşa xarici investisiya qoyuluşu 125 423,9 min dollar təşkil edib ki, bu da illik müqayisədə 28,3% azdır.
Hesabat dövründə Gürcüstandan ən böyük məbləğdə investisiyanı geri çəkən ölkələr ABŞ (59 823,8 mi dollar), Qırğızıstan (24 303,2 min dollar) və Malta (12 032,8 min dollar) olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay