Dünya
09.06.2021 / 11:52
Gürcüstan iqtisadiyyatına xarici investisiya qoyuluşu kəskin azalıb
13566
Bu ilin I rübündə Gürcüstan iqtisadiyyatına 125,4 milyon ABŞ dolları birbaşa xarici investisiya yatırılıb.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,3 % azdır.
Yanvar-martda Gürcüstanın əsas investorlarının ilk üçlüyünə Böyük Britaniya (88,4 milyon dollar), Rusiya (31,9 milyon dollar) və Türkiyə (24,5 milyon dollar) daxil olub.
Hesabat dövründə sərmayələrin böyük hissəsi maliyyə, energetika, istehsal, daşınmaz əmlak, sağlamlıq və sosial xidmətlər, mehmanxana və restoranlar, tikinti, kənd təsərrüfatı və balıqçılıq sahələrinə qoyulub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay