
Elektron avadanlıqların qiyməti sürətlə artır
Elektron avadanlıqların satışında sürətli qiymət artımına səbəb pandemiya dövründə onlayn təhsil sisteminə keçid və insanların digital bacarıqlarının çoxalmasıdır.
Valyuta.az xəbər verir ki, bunu Axar.az-a iqtisadçı Rəşad Həsənov elektron avadınlıqların sürətli qiymət artımı barədə danışarkən deyib.
“Yaşlı nəslin onlayn ödənişlərdən və alış-verişdən istifadəsi elektron avadanlıqlara olan tələbatı getdikcə daha da artırdı. Məhsulların maya dəyərinin artması, daxili gömrük və vergi siyasəti mövcud bazarda sürətli qiymət artımına gətirib çıxarır. Qeyri-rəsmi idxal prosesinə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi və 2020-ci ilin sentyabrından məhsullara 300 dollar dəyərində limitin müəyyən edilməsi də əsas amillərdəndir”, - ekspert bildirib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay