BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.9326
  • RUB
    2.04
  • TRY
    0.0447
  • GBP
    2.2282
13307

Bir ildən çoxdur ki, dünyanı cənginə olan koronavirus pandemiyası həyatımızın bütün sahələrinə mənfi təsir göstərib. Pandemiyanın ən çox təsir etdiyi sahələrdən biri də turizmdir. Koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib, ötən ilin mart ayından başlayaraq bu sahə ciddi tənəzzülə uğrayıb.

Nazirlər Kabinetinin bu yaxınlarda verdiyi qərarlara əsasən, sərt karantin rejimi yumşaldıldı.

 

Bəs yumşalmalar turizm sahəsində hansı dəyişikliklərə gətirəcək?

 

Valyuta.az  Modern.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə, ötən ilin faktiki olaraq turizmdə yay mövsümü olmadığını xatırladıb.

Ötən il qaydaların sərt olduğunu deyən K.Quluzadə, bu il isə müəyyən yumşalmaların olduğunu söyləyib: 

“Yumşalmalar yanvar ayından başlayıb. Rayonlar və şəhərlər arasındakı gediş-gəliş açıldıqdan sonra Azərbaycanda daxili turizm bərpa olunmağa başladı. Məhdud şəraitdə olan turizm isə daxilidir. Belə turizmdə bir çox xidmətləri göstərə bilmirlər. Bəzi məhdudiyyətlərin aradan qalxması yay mövsümündə daxili turizmin bərpası üçün əlavə fürsətlər yaradacaq. Azərbaycanda daxili turizm, yay turizmi ənənəyə uyğun olaraq 15 iyunda başlayır 15 sentyabra qədər davam edir.

Ötən ildən fərqli olaraq, bu il insanlar istirahətlərini bölgələrdə edəcəklər. Ötən ilin avqust ayından başlayaraq Nazirlər Kabinetinin tapşırığı ilə hər gün Azərbaycanda fəaliyyət göstərən  bütün otellərdə monitorinqlər aparılırdı. Bununla vəziyyəti nəzarətdə saxlayırdılar”.

K.Quluzadə vurğulayıb ki, Dövlət Turizm Agentliyi olaraq insanların sağlamlığının qorunmasını təmin etmək əsas vəzifədir:

“Bu il dünyada daxili turizm ilidir. Keçən il isə faktiki olaraq qlobal turizm olmadı. Nazirlər Kabinetinin son qərarına əsasən, karantin rejimi avqustun 1-nə qədər uzadılıb. Buna görə də sərhədlərimiz bağlıdır. Xarici qonaqları qəbul edə bilməyəcəyik. Lakin ilin ikinci yarısı ilə bağlı bizim gözləntilərimiz böyükdür. Çünki həm ikitərəfli, həm də çoxtərəfli sərhədlərin açılması mexanizmləri araşdırılır. Bununla bağlı dövlət qurumları ilə müzakirələr gedir. Bu daha çox həmin ölkələrdir ki, orada yüksək səviyyədə vaksinasiya aparılıb. Bu qlobal qərarlardan aslıdır ki, Azərbaycan da hər an hazır olmalıdır.

Avropa futbol çempionatı ilə bağlı iyun ayında Azərbaycana böyük turist axını olacaq. 3 ölkədən Azərbaycana azarkeşlər gələcək.

Türkiyə, İsveçrə və UEFA-dan ümumilikdə bu oyunlara 20-40 min arası xarici qonaq gələcək. Bu da əslində pandemiya şəraitində böyük turizm axınının idarə edilməsinin keçidi olacaq ki, vəziyyəti nəzarətdə saxlamalıyıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Ötən gün vətəndaşların bank kartlarından 32 min manatdan çox pul kiber üsulla oğurlanıb

“Vosmoy” bazarının ətrafında küçə ticarəti yığışdırılıb

Azərbaycanda bütün limanlar bağlandı

Bakıda "Bağırov" körpüsünü su basdı

Neftimizin qiymətində cüzi azalma qeydə alınıb

Azərbaycan dünyada internetin sürətinə görə neçəncidir?

Bakıda kirayə verməklə evin pulunu 20 ilə çıxarmaq olar

Bakıda kirayə verməklə evin pulunu 20 ilə çıxarmaq olar

Bakıda taksi kəskin bahalaşdı

Yol polisi sürücülərə müraciət etdi

Nadir idman avtomobili hərraca çıxarıldı

Avro və rubl manat qarşısında ucuzlaşdı

Avtobuslarla bağlı vəziyyət necədir? - RƏSMİ

“Azər Türk Bank” mənfəətinin yarısını itirib - 4 milyon manatlıq geriləmə

Kriptovalyuta bazarında eniş yaşanır

İflas hələ son deyil - Uğur qazanmaq üçün yeni yoldur - SƏHƏR OXUSU

İflas hələ son deyil - Uğur qazanmaq üçün yeni yoldur - SƏHƏR OXUSU

İlk üç ayda noutbuk istehsalı 75% artıb

“Cada Group”un 41 min manat vergi borcu yaranıb

"Google" ucuz "Android" telefonların istehsalına məhdudiyyət qoydu

Analitik Ekspertiza Mərkəzindən bu şirkətə 341 min manatlıq sifariş

Məşhur tütün şirkəti borc içində

ABŞ Avropaya şərt qoydu: Ya biz, ya Çin...

Bu şirkətin 10 000 manat vergi borcu var

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 3 milyard manatı ötüb

Bu MKTB-nin 1,9 milyon vergi borcu var

191 min manata mənzil, 120 manata telefon hərraca çıxarılır

Fırıldaqçılar "OpenAI"dan kütləvi spam yaymaq üçün istifadə edirlər

"Farmoni Group"un borcu 200 minə yaxınlaşır

DSMF-nin sədri vəzifəsindən azad edildi

Ən çox maaşı bu sahədə işləyənlər alıb - Siyahı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin