BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
13214

Azərbaycanda 2021-ci ilin ilk 4 ayında əhalinin gəlirlərinin azalmasına baxmayaraq ərzağın alışına çəkilən xərc artıb. 

Rəsmi məlumatlara görə bir nəfərə düşən orta aylıq ərzaq xərci 165 manat olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10 manat və ya 6,4 faiz çoxdur. Ötən ilin ilk 4 ayında əhali ərzağa adambaşına 155 manat xərcləmişdi. Bu dövrdə qeyri-ərzaq xərclərində artım olmayıb, pullu xidmətlərdə isə azalma baş verib. 

 

Bəs, əhalinin gəlirlərinin azalması fonunda ərzaq xərclərinin artması nə ilə bağlı ola bilər?

 

Valyuta.az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə danışan iqtisadçı-ekspert Fuad İbrahimov hesab edir ki, bahalaşma olduqda əhalinin istehlak xərcləri artır. 

Onun müşahidələrinə əsasən xərclərdəki artıma istehlak miqdarındakı dəyişikliyin təsiri olmayıb: 

"İnsanlar pəhrizə üstünlük verir, daha çox qidalanmadan yayınır. Çünki normadan artıq qidalanma diabet və digər xəstəliklər yaradır. Buna görə də ərzaq xərclərinin artması istehlak miqdarının yox, qiymətlərin artması ilə bağlı ola bilər”.

Ekspert söylədi ki, ərzaq qiymətlərində artım hələ bir müddət davam edəcək. Onun sözlərinə görə bahalaşmaya xarici amillərlə bərabər, daxili amillər də təsir göstərir: 

"Son 10 ildə dünyada ərzaq məhsullarının qiymətində artım baş verir. Dünya əhalisinin sayının sürətlə artması, quraqlıq, iqlim dəyişikliyi və digər amillər qida məhsulları ilə təminatda çətinlik yaradır. Bu amillər qida məhsullarının bahalaşmasına səbəb olur. 

Bu il Azərbaycanda ərzağın bahalaşmasına dizel yanacağının qiymətinin artırılması da ciddi təsir göstərib. 2021-ci ildə dizel yanacağı 33 faiz bahalaşıb və bu, daşıma xərclərini artırıb. 

Bununla bərabər hələ də inhisarçılıq faktlarına rast gəlinir. İnhisarçılar hər zaman bahalaşmaya meyilli olur və fürsət əldə edən kimi qiymət artımı edirlər. Bu hal ərzaq məhsullarında daha tez-tez müşahidə olunur”.    

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin