Qarğıdalı sahələrini güzəştli şərtlərlə sığortalamaq mümkündür - ŞƏRH
Azərbaycanda qarğıdalı sahələrini dövlət dəstəyi ilə aqrar sığorta vasitəsilə güzəştli şərtlərlə sığortalamaq mümkündür.
Aqrar Sığorta Fondundan Valyuta.az-a verilən məlumata görə, aqrar sığorta qaydalarına əsasən, qarğıdalı bitkisinin sığotalanması üçün 2 sığorta zərfi mövcuddur.
Birinci, "baza zərfi" qarğıdalı bitkisini dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və üçüncü şəxslərin hərəkətindən sığorta edir. İkinci sığorta zərfi qarğıdalı bitkisini bitki xəstəlikləri və zərərvericilər, eləcə də xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu risklərindən qoruyur. Bundan başqa, aqrar sığorta qaydalarına əsasən, Azərbaycanda bitkilərin sığorta tarifləri iqlim və təbiət hadisələrini nəzərə alaraq, ölkənin regionları üzrə fərqlənir.
Qarğıdalı bitkisinin "baza" sığorta zərfi ilə sığortalanması tarifləri 1,2-3,1% arasında dəyişir. Məhsuldarlıq, qiymət və sığorta tarifini nəzərə alaraq, 1 hektar qarğıdalı sahəsinin sığortalanması üçün orta sığorta haqqı aşağıdakı kimidir:
Gəncə-Qazax regionu - təqribən 60 manat.
Gəncə-Qazax regionunda 1 hektardan orta məhsuldarlıq 70,8 sentner, gəlir təqribən 3900 manat, sığorta tarifi 3,1%-dir. Nəticədə 1 hektar qarğıdalı sahəsinin sığorta haqqı 120 manat təşkil edir.
Bundan:
Fermerin ödədiyi məbləğ – 60 manat
Dövlətin ödədiyi məbləğ – 60 manat
Şəki-Zaqatala regionu - təqribən 29 manat.
Şəki-Zaqatala regionunda 1 hektardan orta məhsuldarlıq 51,8 sentner, gəlir təqribən 2 850 manat, sığorta tarifi 2,06%-dir. Nəticədə 1 hektar qarğıdalı sahəsinin sığorta haqqı 58 manat təşkil edir.
Bundan:
Fermerin ödədiyi məbləğ – 29 manat
Dövlətin ödədiyi məbləğ – 29 manat
Quba-Xaçmaz regionu - təqribən 39 manat.
Quba-Xaçmaz regionunda 1 hektardan orta məhsuldarlıq 80,1 sentner, gəlir təqribən 4 400 manat, sığorta tarifi 1,78%-dir. Nəticədə 1 hektar qarğıdalı sahəsinin sığorta haqqı 78 manat təşkil edir.
Bundan:
Fermerin ödədiyi məbləğ – 39 manat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay