BAKU Azərbaycan
19.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
13196
Vahid Əhmədov: “Bəzi məmurlar və şirkət rəhbərləri elə bilirlər ki, vəzifəyə rüşvət yığmaq üçün təyin ediliblər”

 

“Dövlət başçısı deyib ki, Azərbaycanda korrupsiyaya yox deyilməlidir. Bunu hamı başa düşməlidir, istər nazir olsun, istər icra başçısı olsun, istər komitə sədri olsun, istər şirkət rəhbəri olsun, istərsə də baş həkim olsun”. 

Valyuta.az xəbər verir ki, bu fikri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, kimliyindən asılı olmayaraq, pulu hər şeydən üstün tutanlar, korrupsiyaya bulaşanlar, xalqı incidənlər mütləq bir gün cavab verməli olacaq:

“Bir vaxtlar Azərbaycanda vergi siyasətində çox ciddi problemlər vardı, sahibkarlar çox əziyyət çəkirdi. Mikayıl Cabbarov vergi sahəsinin şəffaflaşdırılması üçün ciddi islahatlara getdi. Faktiki olaraq sahibkarlardan tələb olunan odur ki, vaxtında ödənişlərini etsinlər, sənədləri qaydasında olsun. Ümid edək ki, digər sahələrdə də bu şəffaflığa nail olunacaq. Bu gün “Azərbaycanda korrupsiya yoxdur” deyilə bilməz”. 

V.Əhmədov vurğulayıb ki, bu dəqiqə Azərbaycanda çox ciddi inhisarçılıq, monopoliya var:

“Hansı sahədə desəniz, monopolistə rast gəlmək mümkündür, özü də arxasındakılar elə-belə adamlar deyil. O insanlar ki, korrupsiyaya qurşanırlar, onların axırı yaxşı olmayacaq. Çünki ölkəmizdə korrupsiyaya qarşı Prezident, Prezident Adminstrasiyası, Dövlət Təhlükəsizliyi Xidməti, hüquq-mühafizə orqanları səviyyəsində mübarizə aparılır. Ona görə də etimad sahibi olan, vəzifə etibar edilən hər kəs bunu dərk etməlidir”.

Deputat düşünür ki, “Vəzifəyə gəlməklə böyük pullara sahib olacağam” düşüncəsi çox geridə qalıb: 

“Son həbslər də bunu diqtə edir. O fikirlə gələnlər, elə o fikrə də qurban gedirlər. Biz cənab Prezidentin rəhbərliyilə müasir, modern Azərbaycan qururuq. Əksini düşünənlər, elə əks qütbdə qalmalı olacaqlar. Və təəəssüf edirəm ki, onların sayı kifayət qədər çoxdur. Baş verənlərdən dərs çıxarmırlar, büdcəni talaya-talaya öz sonlarını hazırlayırlar. Bəzi icra başçıları, dövlət qurumlarının sədrləri, şirkət rəhbərləri elə bilirlər ki, vəzifəyə rüşvət yığmaq üçün təyin ediliblər. Bunların hamısının qarşısı alınacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Hansı süni intellekt modeli nəyi bacarır? - SƏHƏR OXUSU

Pul pulu cəlb edir: 94 yaşlı Baffettin şirkətinin səhmləri enişə baxmayaraq yüksəlişdədir

Bu məhsulu baha alıb ucuz satdıq - 68 qəpikdən İXRAC

"Microsoft"un yubileyində gözlənilməz etiraz: Al müharibəyə dəstək verir?

Yüksək faizli istehlak kreditləri iqtisadiyyata hansı təsirlər göstərir?

Meta-nın yeni süni intellekti "Llama 4" Avropaya qadağan edildi

"iPhone 16" almaq, yoxsa "iPhone 17"ni gözləmək: Hansı daha məntiqlidir?

“Microsoft” Çindəki tərəfdaşını bağlayır - 2000 nəfər işsiz qalacaq

İcra hakimiyyəti 10 min manata icarə xidmət alır

Yanvar-aprel ayının iqtisadi dalğalanması - İtirənlər və qazananlar

Sığorta bazarında fərqli mənzərə: Kim çox ödəyir, kim heç nə

Britaniya xərcləri azaltmaq üçün 300 agentliyi bağlayacaq

AzTU “Lexus-Bakı”dan 117 minlik maşın alır

Məşhur milyarder ABŞ prezidentinə qarşı: "Tramp etimadı itirir"

Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Vergi borcu olan şirkət kotirovka sorğusunun qalibi oldu

7 milyonu kənara qoyub 200 nəfərin pensiyasını müzakirə edirlər - İqtisadçı

“Baby store” cərimələndi

ABŞ hökuməti "Apple" və "Google" şirkətinə möhlət verdi

Bəzi xarici şirkətlərdən məhsul idxalına qadağa qoyulub

Cənub bölgəsindəki “İsti Su” 1,4 milyona satışa çıxarıldı

Azərbaycana ən çox ananas satan ölkə - 1 manat 80 qəpikdən

51 nəfərin diplomu tanınmayıb

Bu məktəblərdə şagird qəbulu 2 qaydada aparılacaq

“Sədərək” və “Binə” Ticarət Mərkəzlərindən Xəzər dənizinə çirkab sular axıdılırmış - Cərimə gözlənilir

AMEA-da yeni şöbə yaradıldı

Ölkədən çıxışa STOP qoyulmasını necə öyrənmək olar?

Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq®

"Dəstərxan" restoranı səs-küyə görə cərimələndi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin