BAKU Azərbaycan
15.95°C
  • USD
    1.7
  • EUR
    1.9044
  • RUB
    2.125
  • TRY
    0.0438
  • GBP
    2.264
13174
Artıq 20 min hektar sahədə biçin aparılıb

 

Azərbaycanda taxıl biçini mövsümünə start verilib. Bu il ölkədə 986685 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Əkin sahələrinin 611967,3 hektarını buğda, 374717 hektarını isə arpa sahələri təşkil edir.

“Aqroservis” ASC-dən Valyuta.az-a verilən xəbərə görə, hazırda Azərbaycanın 27 rayonunda arpa biçini davam edir. 

İyunun 1-nə olan operativ məlumata görə, artıq 19666 hektar sahədə biçin aparılıb. Sahələrdən indiyədək 54600 ton məhsul yığılıb. Biçinin start mərhələsində arpa üzrə orta məhsuldarlıq 27,8 sentner təşkil edir. Ən çox biçin ənənəvi olaraq mövsümə ilk start verən Neftçala rayonunda aparılıb - 8045 hektar. Biləsuvar, Saatlı, Sabirabad və Cəlilabad rayonlarında biçin aparılmış sahə min hektardan artıqdır.

Aran rayonlarında arpa biçininin optimal müddətdə başa çatacağı gözlənilir. İyunun ikinci ongünlüyündə isə bu bölgələrdə buğda biçininə start veriləcək.

İyunun 1-nə olan operativ məlumata görə, biçin prosesinə 856 taxılbiçən kombayn cəlb olunub. Aktiv biçin prosesində “Aqroservis” ASC-nin yerli bölmələrinin 289, fiziki və hüquqi şəxslərin isə 429 kombaynı iştirak edir. Bundan başqa, “Aqroservis” ASC tərəfindən biçin gedən rayonlara hazırda biçin aparılmayan dağətəyi və dağlıq ərazilərdə yerləşən bölmələrdən əlavə olaraq 138 kombayn  dislokasiya olunub. “Aqroservis” ASC-nin kombaynları vasitəsilə 9409 hektar, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kombaynlar vasitəsilə isə 10257,4 hektar sahədə biçin aparılıb.

Qeyd edək ki, “Aqroservis” ASC-nin kombaynları sahəsi 50 hektaradək olan kiçik və orta təsərrüfatlarda biçin aparır. Bu il taxıl sahələrinin 78 faizi məhz kiçik təsərrüfatların payına düşür. Biçin prosesi növbəlilik prinsipi əsasında aparılır. Növbəlilik sistemi biçinə hazırlıq dövründə yerlərdə icra nümayəndələri və bələdiyyələr tərəfindən müəyyənləşdirilib, sistemə nəzarət isə Dövlət Aqrar İnkişaf Mərkəzləri tərəfindən həyata keçirilir.

2021-ci ildə taxıl biçini ərəfəsində “Aqroservis” ASC-nin rayon bölmələrində 650, təchizat bazalarında isə 135 taxılbiçən kombayn var. Kombaynların hamısı biçinə hazır vəziyyətdədir. Bundan başqa, biçin prosesində fiziki və hüquqi şəxslərə məxsus 1000-dən artıq kombaynın iştirakı gözlənilir. Rayonların kombaynlara olan tələbatının əvvəldən müəyyən edilməsi, texnikaların biçindən əvvəl tələbata uyğun olaraq rayonlarda dislokasiya olunması, “Aqroservis” ASC tərəfindən sosial biçin siyasətinin həyata keçirilməsi (ilk növbədə 50 hektaradək sahələrdə biçin aparılacaq) ötən illərdə olduğu kimi bu il də biçin prosesində texnika ilə təminatda probem olmayacağını söyləməyə əsas verir.  

Taxıl biçini davam edir.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda daha çox bu universitetlərin məzunları iş tapır -ARAŞDIRMA

"Omg Group" rəhbərinə də “stop” qoyuldu

Təbii hidrogen: Ayağımızın altındakı 170.000 illik potensial

"BP Eksploreyşn (Şahdəniz) Limited" Şirkətinin Azərbaycan nümayəndəliyi cərimələndi

İnsan müdaxiləsi olmadan sosial robotların öyrədilməsi metodu yaradılıb

356 min manat vergi borcu olan sirli şirkət

Hindistanlı həkimin Azərbaycandan çıxışına “stop” qoyuldu

Bakının mərkəzində söküntü başlayır - Bu qədər kompensasiya ödənəcək

Bakının mərkəzində söküntü başlayır - Bu qədər kompensasiya ödənəcək

Araz Mehdiyev YÜKSƏK VƏZİFƏYƏ təyin olundu - FOTO

"Apple" "Siri"yə görə yeni funksiyaları vaxtından əvvəl elan etməyəcək

Bu ölkə Azərbaycana arını baldan baha satıb - ədədi 42 manatdan

Xırdalandakı uşaq əyləncə mərkəzi bağlandı - Video

İcra başçıları nə qədər maaş alır? - MƏBLƏĞ

Banklar kredit faizlərini niyə artırır? - Elanda aşağı, amma reallıq...

Son zəng necə keçirilməlidir? - Deputat

Sumqayıt Şəhər Bələdiyyəsinin sədri dəyişdi

İllər sonra Binəyə QATAR QAYIDIR - Sakinlər Bakıya rahat çatacaqlar

İllər sonra Binəyə QATAR QAYIDIR - Sakinlər Bakıya rahat çatacaqlar

Azərbaycanlının Amerikada salat biznesi ilə qazandığı uğur hekayəsi

Azərbaycanlının Amerikada salat biznesi ilə qazandığı uğur hekayəsi

Bakının tanınmış hotelinə direktor təyin edildi - FOTO

5G texnologiyası insanlar üçün təhlükəlidirmi? - Yeni araşdırma

Zamindən hansı hallarda vəsait tutula bilər?

Azərbaycan ən baha və ən ucuz elektromobilləri haradan alır? - QİYMƏTLƏR

Birbank Biznes Qəbələdə sahibkarlarla bir araya gəldi®

"Qatar Airways" rekord məbləğdə illik mənfəət əldə etdi

Karyera yüksəlişinə mane olan gözlənilməz faktor açıqlandı

"Nissan" maliyyə çətinliklərinə görə Yaponiyadakı zavodlarını bağlayacaq

UNEC bu halda distant təhsilə keçəcək

UNEC bu halda distant təhsilə keçəcək

Baş nazir bu qurumun işçilərinin maaşı ilə bağlı qərar imzaladı

Sabiq icra başçısının direktor qızı işdən çıxarıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin