
01.06.2021 / 13:34
Azad edilmiş ərazilərdə poçt məntəqələri qurulacaq - AÇIQLAMA
13136
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində poçt şəbəkəsinin yaradılması nəzərdə tutulur. Hazırda onların yerləşəcəyi məkanlar təyin olunur.
Valyuta.az "APA-Economics"ə istinadən xəbər verir ki, bunu "Azərpoçt" MMC-nin baş direktorunun müavini Xəyyam Əlizadə deyib.
Onun sözlərinə görə, ərazilərin bərpası "Ağıllı şəhər" konsepsiyası üzərində aparılacaq ki, bu da özündə fərqli poçt xidmətlərinin göstərilməsini ehtiva edir.
"Orada poçt məntəqələri olacaq, onların qurulması nəzərdə tutulur və yerləri artıq demək olar ki, təyin edilməkdədir. İmkan yaradılan kimi, dərhal orada poçt şöbələri fəaliyyətə başlayacaq", - deyə X. Əlizadə qeyd edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay