BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.8543
  • RUB
    2.0148
  • TRY
    0.0448
  • GBP
    2.22
13045

İri ticarət şəbəkələrində, bazarlarda, mağazalarda, marketlərdə və s. satış obyektlərində aparılan müşahidə və təhlillər, həmçinin istehlakçılardan daxil olan müraciətlər göstərir ki, bəzi hallarda istehlak təyinatlı qeyri-ərzaq mallarının bir hissəsi ölkə ərazisinə onların təhlükəsizliyinə zəmanət verən uyğunluq sertifikatı olmadan idxal olunur. 

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Valyuta.az-a bildirilib ki, qanunvericiliyin tələblərinə əsasən, standartların tələblərinə uyğunluğu təsdiq edən sertifikat olmadıqda texniki tənzimləmənin şamil olunduğu xarici mənşəli istehlak mallarını satmaq və istifadə etmək qadağandır. Belə malların ölkə ərazisinə idxal edilməsi üçün idxalçı tərəfindən malın təhlükəsizliyini təsdiq edən uyğunluq sertifikatı təqdim edilməlidir.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu cür malları idxal və satış məqsədilə qəbul edən sahibkarların nəzərinə çatdırır ki, belə hallar istehlakçıların həyat və sağlamlığına, iqtisadi maraqlarına ziddir.

İnzibati Xətalar Məcəlləsinə əsasən, uyğunluq sertifikatı olmayan malların satışını həyata keçirən vəzifəli şəxslərə qarşı 1 500 manatdan 2 000 manatadək, hüquqi şəxslərə isə 4 000 manatdan 6 000 manatadək cərimə tətbiq edilir.

Eyni zamanda bu cür faktlar aşkar edildiyi təqdirdə, uyğunluq sertifikatı olmayan malların idxalının qarşısının alınması məqsədilə həmin sahibkarlıq subyektləri barəsində aidiyyəti dövlət orqanları qarşısında məsələ qaldırılacaq.

İdxalla məşğul olan sahibkarlıq subyektləri inzibati sanksiyalarla qarşılaşmamaq üçün qeyri-ərzaq mallarının sertifikatlaşdırılması məqsədilə “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsə və ya uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya edimiş digər qurumlara müraciət etməlidir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçılardan uyğunluq sertifikatı olmayan istehlak mallarını almamağı, belə hallarla rastlaşdıqda Xidmətin 498-15-01 və 498-15-04 qaynar xəttinə məlumat verməyi xahiş edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

DGK-nın bu qurumu 132 minə kinoloji xidmət alır

Telefon batareyasını tam boşaltmaq: Doğrudur, yoxsa yanlış?

Bələdiyyə torpaqları hərracda satışa çıxarılır

İki texnologiya nəhəngi birgə istehsala başlayır -Çip sənayesi güclənəcək

Bu universitet 2 milyona tədris korpusunu yeniləyəcək

ChatGPT ilə saxta şəxsiyyət vəsiqəsi yaradıldı - Sistemlər fərqləndirə bilmədi

İnnovasiya və Təchizat Mərkəzi 2 gündə tenderlərinə 125 mln. manatdan çox ayırdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin