BAKU Azərbaycan
16.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
13011

Əhalinin ət və süd məhsullarına olan tələbatının ödənilməsində camışçılıq mühüm yer tutur. Ölkəmizdə camışçılıqla qədim dövrdən bəri məşğul olurlar. Qeyd edək ki, camış əti mal ətindən sonra ən çox istehlak olunan qırmızı ət növü hesab olunur. Hətta ABŞ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən balanslı və qidalandırıcı, az yağlı diyetik ət növü olduğundan camış ətinin mütəmadi istehlakı tövsiyə edilir.

Bu barədə Valyuta.Az-a Qida Təhlükəsizliyi Agentliyindən daxil olan maarifləndirici materialda xəbər verilir.

Ümumiyyətlə, camış əti mal ətinin malik olduğu bütün qida parametrlərini özündə cəmləşdirir. Bu ət növü qiymətli zülallar və asan mənimsənilən dəmir komponentləri ilə (transferrin və ferritin) zəngin olduğundan dad-tamına görə mal ətindən bir qədər fərqlənir. Toyuq əti ilə müqayisədə isə camış əti daha zəngin zülal tərkibinə malikdir. Odur ki, el arasında camış ətinə "kasıb insanların zülalı" deyilir.

Camışlar daha çox qaba yemlərlə qidalandığından ətinin tərkibində yağların miqdarı mal ətinə nisbətən az olur. Biokimyəvi tərkibinə görə camış əti sadə və mürəkkəb zülallar, vitaminlər (A, E, C, B1, B6, B12, PP və b.), makro- və mikroelementlər (Ca, P, Fe, Na, K, Zn, Mg, Cr, Mn, Cu, S və b.), ekstraktiv maddələr və fermentlərlə zəngindir. Ətin tərkibində zülallar 21 faiz, yağlar 1,6 faiz, minerallar 1,5 faiz və karbohidratlar (qlikogen şəklində) 1 faizə qədər təşkil edir. Camış ətinin tərkibində mövcud olan sadə zülallar (miozin, miogen və s.) ferment rolunu oynamaqla heyvan kəsildikdən sonra ətin yetişməsi prosesini sürətləndirir. Camış ətinin tünd qəhvəyi-qırmızı rəngi onun tərkibindəki mioqlobin zülalı, eləcə də əzələ toxumasında olan dəmir tərkibli birləşmələrlə izah edilir. Qeyd edək ki, dəmir tərkibli birləşmələr anemiyalarda böyük müalicəvi əhəmiyyət kəsb edir. Az dəyərli zülalların (elastin, kollagen) miqdarı camış ətinin tərkibində yüksək miqdarda deyil. Camış ətindəki zülallar insan orqanizmi tərəfindən sintez olunmayan əvəzolunmaz aminturşuları ilə (histidin, izoleisin, leisin, lizin, metionin, fenilalanin, trionin, valin və triptofan) zəngindir. Tərkibində qiymətli zülalların çox olması sayəsində camış ətinin kaloriliyi 100 qramda 190 kkal təşkil edir.

Camış ətinin tərkibində rast gəlinən yağlar (lipidlər) doymuş və doymamış ali yağ turşularından təşkil olunur. Doymuş turşulara miristin, palmitin və stearin turşularını, doymamışlara isə palmitolenin, olein, linol, linolen və araxidon turşularını aid etmək olar. Bu turşu kompleksi Omega-3 və Omega-6 kimi tanınır. Qeyd edək ki, zərərli lipid komponentlərinə aid olan xolesterolun miqdarı camış ətində yüksək deyil (100 qramda 62 mqr). Tərkibində doymuş turşuların miqdarı az olduğundan camış ətinin istehlakı nəticəsində insan orqanizmində yağların piy toxuması şəklində toplanması baş vermir. Təbii otlaqlarda otlayan camışların ətinin tərkibində antioksidantların (ß-karotin və selen) miqdarı çox olur. Ümumiyyətlə, selen elementinin digər heyvan növləri ilə müqayisədə camış orqanizmi üçün fizioloji əhəmiyyəti böyükdür.

Zəngin kimyəvi tərkibi və qidalılıq dəyərinə görə camış əti insan orqanizmi üçün olduqca faydalıdır. Onun tərkibində dəmir (transferrin və ferritin şəklində) və B12 vitamini çox olduğundan qanazlığını aradan qaldırır, hamiləlik dövründə anemiyaların yaranmasının qarşısını almaqla, ana bətnində dölün inkişafına müsbət təsir göstərir. Az yağlı, lakin Omega-3 turşuları ilə zəngin ət növü kimi ürək-damar sisteminin xəstəliklərindən qorunmaq məqsədilə istehlak edilməsi tövsiyə edilir, orqanizmdə zərərli xolesterolun miqdarını azaldaraq piylənmənin qarşısını alır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Göylə gələn milyonlar - Hava nəqliyyatında ixrac və idxalda artım

Məşhur investordan bazar tövsiyəsi: Uzaq durun

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin