
Startaplar üçün müsabiqə elan olunub
Startaplar üçün “Transform Fund 4th Call for Innovation 2021” müsabiqəsi elan edilib.
İnnovasiyalar Agentliyindən Valyuta.Az-a bildirilib ki, İslam İnkişaf Bankının “Engage” İnnovasiya Mərkəzinin həyata keçirdiyi müsabiqənin mövzusu COVID-19 pandemiyasına qarşı mübarizədə innovativ texnologiyaların inkişafı və transferinə həsr olunub.
Müsabiqəyə ayrılan qrant və səhm kapitalı 0,1-1 milyon ABŞ dolları dəyərindədir. Müsabiqədə startaplar, alim və tədqiqatçılar, pandemiyaya qarşı vaksinlərin təhlükəsizliyinin təmin edilməsi üzrə çalışan biotexnoloji şirkətlər, inkişaf və elmi-tədqiqat müəssisələri iştirak edə bilərlər.
Müsabiqədə iştirak üçün təsisatlar öz təkliflərini bu il mayın 31-dək müsabiqənin təşkilatçılarına təqdim etməlidir. Daha ətraflı məlumatı müvafiq elektron keçiddən əldə edə bilərsiniz: //www.isdb-engage.org/.../call-for-innovation-via
Qeyd edək ki, müvafiq müsabiqədə iştirak etdiyiniz təqdirdə və əldə etdiyiniz nəticələrlə bağlı Azərbaycan İnnovasiyalar Agentliyini məlumatlandırmağınız xahiş olunur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay