
Azərbaycanda idxal əməliyyatları hələ də yüksəkdir – ASK rəsmisi
“Azərbaycanda idxal əməliyyatları hələ də yüksəkdir. Təbii ki, hazır məhsulun ticarətini etmək daha asandır”.
Valyuta.az xəbər verir ki, bu sözləri ASK-nın vitse-prezidenti Vüqar Abbasov mayın 26-da Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə sahibkarlarla baş tutan görüşdə səsləndirib.
Ona görə də istehsalla məşğul olan şirkətlərə dəstəyin verilməsinin vacibliyini diqqətə çatdıran V.Abbasov, bu yaxınlarda keçirilən monitorinqin nəticələri barədə məlumat verib.
Onun sözlərinə görə, monitorinqdə iştirak edən 214 respondentdən 93%-i idxalla məşğul olub.
Vitse-prezident qeyd edib ki, Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Dövlət Gömrük Komitəsi arasında Əməkdaşlıq Şurasında əməkdaşlıq platformalarının fəaliyyəti barədə məsələlər müzakirəyə çıxarılıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay