BAKU Azərbaycan
12.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
12742

"Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın 30-a yaxın rayonunu orta dərəcəli yod çatışmazlığı olan ərazi kimi qəbul edib. Ötən ilin rəqəmlərinə nəzər salsaq, ilkin diaqnozla uşaqlar (0-13 yaş daxil olmaqla) 129, yeniyetmələr (14-17 yaş daxil olmaqla) 17, gənclər (18 - 29 yaş daxil olmaqla) 397, böyüklər (30-dan yuxarı) 1 209 nəfər olmaqla qeydiyyata alınıb".

Valyuta.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının assistenti Azər Hümmətov deyib.

Onun sözlərinə görə, Şəki, Qax, Zaqatala, Balakən, Quba, Xaçmaz, Lənkəran, Naxçıvan bu ərazilər orta yod çatışmazlığı olan ərazilərdir:

"Bu göstərici də sidikdə yodun analiz nəticəsi zamanı bəlli olur. Bu göstəricilərə əsasən ölkəmiz orta dərəcəli yod çatışmazlığı olan ərazilərə aid edilir. Qalxanabənzər vəzi xəstəliklərini iltihabi və qeyri-iltihabi olaraq bölmək olar. Qalxanabənzər vəzinin qeyri-iltihabi xəstəlikləri dedikdə bildiyimiz zob, yəni vəzinin böyüməsi nəzərdə tutulur. Qalxanabənzər vəzi düyünləri də xoş və bədxassəli olmaqla 2 hissəyə bölünür. Digər qrup isə qalxanabənzər vəzinin iltihabi xəstəlikləridir. Haşimoto xəstəliyi (Autoimmun tiroidit), qalxanabənzər vəzin funksional yetməzliyinə ən çox səbəb olan xəstəlikdir. Bu xəstəlik zamanı orqanizm özü öz toxumasını tanımır, onu yad bir orqan və yaxud cism kimi qəbul edərək yox etməyə çalışır".

A.Hümmətov qeyd edib ki, qalxanabənzər vəzinin lazım olandan az hormon ifrazı xəstələrdə bir çox şikayətə səbəb olur:

"Bu əlamətlərə çox asan kilo almaq və ya pəhriz saxlanmasına baxmayaraq kilo verə bilməmək, halsızlıq, qəbizlik, dəridə quruluq, əzələ ağrıları, xolesterin miqdarının artması, qırışıq və xüsusilə göz ətrafında şiş olması, saç tökülməsi, unutqanlıq, soyuğa qarşı həssaslıq və əl-ayaq üşüməsi aiddir. Əgər şəxsdə bu əlamətlərin bir neçəsi mövcuddursa, qalxanabənzər vəzinin funksiyası mütləq yoxlanılmalıdır. Hipertiroid, yəni qalxanabənzər vəzinin lazım olandan çox hormon ifrazı ümumi olaraq maddələr mübadiləsini sürətləndirir və bundan qaynaqlanan şikayətlərə səbəb olur. Bunların başında iştahanın yaxşı olmasına baxmayaraq kilo itkisi, sakit vəziyyətdə nəbzin dəqiqədə 80-dən yuxarı vurması, döyüntü şikayətləri, təzyiqin yüksəlməsi, istiyə dözümsüzlük və gecə tərləmələri, yuxusuzluq, əsəb, dərinin davamlı olaraq nəmli/tərli olması, əzələ ağrıları və aybaşı pozğunluğu hesab edilir".

Zobun diaqnozunun adətən fiziki müayinə zamanı qoyulduğunu deyən assistent qeyd edib ki, zob həmçinin digər səbəblərə görə aparılan radioloji müayinələr (məs., yuxu arteriyalarının USM müayinəsi) zamanı təsadüfi tapıntı da ola bilər: 

"Əgər düyünlərin ultrasəsdə şübhəli göstəricisi aşkarlanarsa biopsiya təyin edilir. Bu nəticələrin 90%-i əksərən xoşxassəli cavab olaraq gəlir. Qalxanabənzər vəzi xərçənginin növləri içərisində ölkəmizdə ən çox papilyar tipə rast gəlinir. Ümumiyyətlə qalxanabənzər vəzi xərçənglərinin 75%-i bu növdür. Bu xərçəng növləri adətən 20-50 yaş arasında, qadınlarda kişilərə nisbətən 3 dəfə artıq müşahidə edilir. Folikulyar tip: bu qrup xəstələr daha çox 40-60 yaş arası qadınlardır. Bu tip qalxanabənzər vəzi xərçənglərinin 10 %-ni təşkil edir. Çox təəssüfki qalxanabənzər vəzi xərçəngi də cavanlaşan xəstəliklərindəndir".

A.Hümmətov, amma qorxmağa lüzum olmadığını diqqətə çatdırıb:

" Zamanında müdaxilə ilə təhlükəsiz şəkildə aradan qaldırılır. Zob xəstəliyi irsiyyət daşıyır. Hətta bununla bağlı ölkə ərazisində tədqiqat aparılıb. Daha çox Haşimot (Autoimmun tiroidit) son zamanlar irsiyyətdə daha çox rast gəlinir. Ana xətti ilə ötürülməsi aşkarlanıb, qız uşaqlarında daha çox üzə çıxır. Qeyd etmək istəyirəm ki, Azərbaycan Tibb Universitetinin əməkdaşları olaraq 2017-ci ildə ölkənin endemik bölgələrində məktəblilər arasında qalxanabənzər vəzi xəstəliklərinin yayılma tezliyini öyrənmək məqsədi ilə tədqiqat işi aparmışıq və onun nəticələri beynəlxalq məqalələrdə dərc edilib. Bu istiqamətdə tədqiqat işlərimiz davam etdirilir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin