BAKU Azərbaycan
29.03°C
  • USD
    1.7
  • EUR
    1.9573
  • RUB
    2.1384
  • TRY
    0.0434
  • GBP
    2.3086
12662
Hazırda 281 trlyon dollar təşkil edən borc öhdəlikləri təhlükəli tendensiya yaradır

 

Qlobal borc öhdəlikləri ölkələr arasında inkişaf uçurumlarını daha da dərinləşdirir. Pandemiyanın vurduğu zərərlərin bərpası da belə vəziyyətdə çətin görünür.

Valyuta.az Marja.az-a istinadən xəbər verir ki, “Moody’s Analytics” şirkəti yeni hesabatında qlobal borclanma səviyyəsinin görünməmiş dərəcədə artması barədə xəbərdarlıq edib.

Marja ekspertlərin açıqlamalarına istinadla xəbər verir ki, ötən il dünya ölkələrinin borcları 24 trilyon dollar artıb. Bu isə qlobal səviyyədə ÜDM-in 366%-i deməkdir. Hesabata əsasən, inkişaf etməkdə olan ölkələrin ödənilməyən borc öhdəlikləri son onillikdə iki dəfə artıb və hazırda qlobal borcların üçdə birini təşkil edir.

“Pandemiyanın gətirdiyi problemlər bütün növ borcları artırıb... Burda ən böyük pay dövlət borcunun üzərinə düşür, bu isə təəccüblü deyil. Çünki ötən il bütün dünyada vergi ödəyicilərinin büdcə qarşısında öhdəlikləri demək olar ki, çox cüzi həcmdə yerinə yetirilib. Büdcə kəsirini qapatmaq və fiskal stimullaşdırma proqramlarına getmək üçün hökumətlərə həmişəkindən daha çox vəsait lazım olub.” - Moody’s Analytics-in Asiya-Sakit okean regionu üzrə baş iqtisadçısı Stiv Kokran CNBC televiziyasına müsahibəsində bildirib.

Ekspertlər borc yükü səbəbindən inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş iqtisadiyyatlar arasındakı fərqin daha da dərinləşəcəyini proqnozlaşdırır. Türkiyə, Vyetnam və Braziliya kimi ölkələr birdən artıq sektorda rekord borclanma həddinə görə hesabatda xüsusi qeyd olunub.  Hindistan, Argentina, Malayziya və digər inkişaf etməkdə olan ölkələr koronavirus pandemiyasının yeni dalğası ilə mübarizə aparır. Bu iki amil cari ildə iqtisadiyyatın bərpası səviyyəsində adıçəkilən ölkələr qrupunun inkişaf etmiş ölkələrdən geri qlmasına təkan verən əsas səbəblər sırasında olacaq.   

Xatırladaq ki, özündə 70 ölkədən maliyyə sənayesində 450-dən çox üzv təşkilatı birləşdirən Beynəlxalq Maliyyə İnstitutu (IIF) cari ilin fevralında yaydığı “Qlobal Borc Monitoru” sənədində inkişaf etmiş ölkələrdə 2019-cu ildə 183 trilyon dollar təşkil edən borc öhdəliklərinin 2020-ci ildə 205 trilyon dollara çatdığını bildirmişdi. Avropa ölkələrindən Fransa, İspaniya və Yunanıstanda bu artım daha ciddidir. 2019-cu ildə borcun ÜDM-ə nisbəti 220% idisə, 2020-ci ildə bu göstərici daha da artaraq, 250%-ə çatıb. Çin, Türkiyə, Braziliya, Cənubi Koreya və BƏƏ ən çox borclanan ölkələr sırasındadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

Bu gün Azərbaycanda “Son zəng”dir

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

Müstəqil karyeraya sahib olmağın 10 qızıl qaydası - SƏHƏR OXUSU

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

"Meta AI" təhlükəlidir: Məxfi istifadəçi məlumatlarını gizlətmir

Məşhur Dubay şokoladlarında ölüm riski üzə çıxdı - Professordan şərh

Kanadada alimlik dərəcəsi alan azərbaycanlı: “Nazir övladlarını riyaziyyatdan hazırlaşdırırdım”

İnnovasiya və Təchizat Mərkəzindən “Avromed”ə 702 min manatlıq sifariş

“Barbie”yə süni intellekt gəlir - “Mattel” və “OpenAI” əməkdaşlığa başladı

Bu MMC-nin 26 min manatdan çox vergi borcu var

Bazarda keyfiyyətsiz dərmanlar çoxdur - Professor açıqlayır

Bu şirkətin rəhbərinə “stop” qoyuldu – 14 min manatlıq borc qalmaqalı

DGK-nın hospitalı ilə deputata məxsus olduğu deyilən şirkət arasında milyonluq müqavilə

"Ya satırsan, ya da işdən çıxarılırsan"- satış dünyasının amansız reallığı -Biznes filmləri

"Ya satırsan, ya da işdən çıxarılırsan"- satış dünyasının amansız reallığı -Biznes filmləri

"El-Babatürk" MMC-nin 38 min manat vergi borcu var

Biznes dünyasına yeni milyarder gəldi

1-2-ci siniflər üçün 3 milyonluq dərslik buraxılacaq

Bakının bu küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq

“Uber Azərbaycan” 20 min, direktoru 5 min cərimə olundu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin