BAKU Azərbaycan
29.03°C
  • USD
    1.7
  • EUR
    1.9573
  • RUB
    2.1384
  • TRY
    0.0434
  • GBP
    2.3086
12659

Təbrizdə Azərbaycan və İranın yol və nəqliyyat rəsmilərinin iştirakı ilə 2 günlük iclas keçirilib.

Valyuta.az xəbər verir ki, iclasa İran tərəfindən Yol və Şəhərsalma Nazirliyinin Tranzit və Nəqliyyat idarəsinin baş direktoru Cavad Hidayəti, Azərbaycan tərəfindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov başçılıq ediblər. İran tərəfinin təklifinə əsasən görüşdə Naxçıvan Muxtar Respublikasının Nəqliyyat və Gömrük qurumlarının nümayəndələri də iştirak edib.

Həbib Həsənov öz çıxışında Azərbaycan milli avtodaşıyıcılarının mənafelərinin və avtonəqliyyat xidmətləri bazarının qorunması, onların rəqabətlilik qabiliyyətlərinin artırılması, sərhəd-keçid məntəqələrində “İcazə sistemi”nin təkmilləşdirilməsi haqqında layihə barədə məsələlərə aydınlıq gətirib. Həmçinin əmtəə-nəqliyyat qaiməsinin elektron tətbiqinin beynəlxalq avtomobil daşımaları sahəsində yaradacağı üstünlüklər barədə müzakirələr aparılıb. Eyni zamanda, tərəflər arasında nəzarət prosedurlarının keyfiyyətinin yüksəldilməsi və daşımaların idarəedilməsi, izlənməsi və çatdırılması zəncirinin yaxşılaşdırılması barədə danışıqlar aparılıb.

Cavad Hidayəti hər iki ölkənin birgə beynəlxalq dəhlizlər vasitəsi ilə yükdaşımaların artırılması və ikitərəfli daşıma münasibətlərinin yüksəldiməsi üzrə razılıq əldə olunmasının zəruriliyini vurğulayıb.

İclasda beynəlxalq yükdaşıma şirkətlərinin qarşısında duran məsələlər də araşdırılıb. Yükdaşıma xərclərinin azaldılması və iki ölkənin sərhəd terminallarının qaydaları, beynəlxalq avtomobil daşımalarının ümumi vəziyyəti, statistik məlumatların mübadiləsi, yük daşımaları və icazə blanklarının kontingenti, sərhəd keçid məntəqlərində hər iki ölkənin nəqliyyat vasitələrinə tətbiq olunan vergi və rüsumların miqdarı eyni zamanda digər məsələlər, o cümlədən cari ilin birinci rübü ərzində Naxçıvan Muxtar Respublikasının ərazisindən tranzit keçərək Türkiyə və Avropaya gedən İran İslam Respublikasına məxsus nəqliyyat vasitələrinin kəskin artması, avtodaşıyıcıların qarşılaşdıqları problemlər və onların həlli yolları, daşımaların inkişaf perspektivləri və aktual məsələlər müzakirə edilərək, müvafiq Protokol imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

Bu gün Azərbaycanda “Son zəng”dir

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

Müstəqil karyeraya sahib olmağın 10 qızıl qaydası - SƏHƏR OXUSU

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

"Meta AI" təhlükəlidir: Məxfi istifadəçi məlumatlarını gizlətmir

Məşhur Dubay şokoladlarında ölüm riski üzə çıxdı - Professordan şərh

Kanadada alimlik dərəcəsi alan azərbaycanlı: “Nazir övladlarını riyaziyyatdan hazırlaşdırırdım”

İnnovasiya və Təchizat Mərkəzindən “Avromed”ə 702 min manatlıq sifariş

“Barbie”yə süni intellekt gəlir - “Mattel” və “OpenAI” əməkdaşlığa başladı

Bu MMC-nin 26 min manatdan çox vergi borcu var

Bazarda keyfiyyətsiz dərmanlar çoxdur - Professor açıqlayır

Bu şirkətin rəhbərinə “stop” qoyuldu – 14 min manatlıq borc qalmaqalı

DGK-nın hospitalı ilə deputata məxsus olduğu deyilən şirkət arasında milyonluq müqavilə

"Ya satırsan, ya da işdən çıxarılırsan"- satış dünyasının amansız reallığı -Biznes filmləri

"Ya satırsan, ya da işdən çıxarılırsan"- satış dünyasının amansız reallığı -Biznes filmləri

"El-Babatürk" MMC-nin 38 min manat vergi borcu var

Biznes dünyasına yeni milyarder gəldi

1-2-ci siniflər üçün 3 milyonluq dərslik buraxılacaq

Bakının bu küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq

“Uber Azərbaycan” 20 min, direktoru 5 min cərimə olundu

"Şahdağ"da otel otaqlarının günlük Qiyməti

Laçın şəhərinin Baş planı təsdiqləndi

Expressbankın İdarə Heyətinə yeni TƏYİNAT

Nöqsanları aradan qaldırmayan “Bakı Fond Birjası” və vəzifəli şəxsləri cərimələndi

Nöqsanları aradan qaldırmayan “Bakı Fond Birjası” və vəzifəli şəxsləri cərimələndi

Laçın Rayon Mərkəzi Xəstəxanası tikiləcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin