BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
12627

Böyük Britaniyanın "The Sunday Times" qəzetinin hər il hazırladığı "Ən zənginlər - 2021" siyahısına görə, ölkənin ən varlı 250 adının cəmi sərvəti 2021-ci ildə 565,7 milyard sterlinqdən (801 milyard dollar) 658,1 milyard sterlinq (958,6 milyard dollar) səviyyəsinə yüksəlib.

Valyuta.az Marja.az-a istinadən xəbər verir ki, yeni növ koronavirus epidemiyanın təsirini davam etdirdiyi 2020-ci ildə siyahıya 24 yeni milyarder əlavə olunub. Böyük Britaniyadakı milyarderlərin sayı 2021-ci ilin sonunda 171-ə çatıb. Bu 171 milyarderin cəmi sərvəti isə son bir ildə 21,7% artaraq 597,2 milyard sterlinq (846,3 milyard dollar) səviyyəsinə yüksəlib.

"The Sunday Times" qəzeti ölkədə milyarderlərin sayında son 33 ildə bu səviyyədə bir artımın görülmədiyini qeyd edib.

Siyahıya görə, Böyük Britaniyada ən varlı insan 23 milyard sterlinqlik sərvətilə Leonard Blavatnikdir. Ukrayna əslli Blavatnik eyni zamanda ABŞ və Böyük Britaniya vətəndaşıdır.

Blavatnik 2011-ci ildə Warner Music-i  satın almış, 2013-cü ildə isə Rusiyanın neft şirkəti TNK-BP-dəki payını 7 milyard dollar qarşılığında əldən çıxarmışdı. Blavatnikin investisiya şirkəti Access Industries-in, LyondellBasell adlı e-ticarət şirkətində, Berlindəki Rocket İnternet və moda markası Tory Bunch-da sərmayələri var.

Blavatnik son bir ildə sərvətini 7,2 milyard sterlinq (10,2 milyard dollar) artırmağı bacararaq, keçən il Böyük Britaniyanın ən varlı adamı  olan Dyson ev alətlərinin qurucusu James Dyson-u yerindən edib.

Siyahıda Blavatnikinin ardınca 24,6 milyard sterlinq (34,8 milyard dollar) ilə əmlak və texnologiya sektorundakı sərmayələrilə tanınan David və Simon Ruben qardaşları, 17 milyard sterlinq (24 milyard dollar) ilə sənaye və maliyyə sektorunda sərmayələri olan Sri və Gopi Hinduja ailəsi, 16,3 milyard sterlinq (23 milyard dollar) ilə ev alətləri və texnologiya sahəsində yatırımları olan James Dyson, 14,6 milyard sterlinq (20,6 milyard dollar) ilə polad sərmayəçisi Lakshmi Mittal və ailəsi gəlir.

Altıncı yerdə isə 13,4 milyard sterlinq (18,9 milyard dollar) ilə mədən sektoruna sərmayələri olan Alisher Usmanov, yeddinci yerdə 13 milyard sterlinq (18,4 milyard dollar) ilə qablaşdırma şirkəti TetraLaval-ın üçdə bir hissəsinin sahibi olan Kirsten və Jorn Rausing qardaşları, səkkizinci yerdə 12,1 milyard sterlinq ilə mədən şirkətləri Evraz və Norilsk Nickel-də və Chealsa futbol klubunda sərmayələri olan Roman Abromavich yer tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

Bu gün Azərbaycanda “Son zəng”dir

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

Müstəqil karyeraya sahib olmağın 10 qızıl qaydası - SƏHƏR OXUSU

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

"Meta AI" təhlükəlidir: Məxfi istifadəçi məlumatlarını gizlətmir

Məşhur Dubay şokoladlarında ölüm riski üzə çıxdı - Professordan şərh

Kanadada alimlik dərəcəsi alan azərbaycanlı: “Nazir övladlarını riyaziyyatdan hazırlaşdırırdım”

İnnovasiya və Təchizat Mərkəzindən “Avromed”ə 702 min manatlıq sifariş

“Barbie”yə süni intellekt gəlir - “Mattel” və “OpenAI” əməkdaşlığa başladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin