BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.9252
  • RUB
    2.1118
  • TRY
    0.044
  • GBP
    2.2614
12507

Lənkəranda Xəzər dənizinin sahilində yerləşən çimərliklərdə keçirilən monitorinqlər başa çatıb. Monitorinqin nəticəsinə görə, Xəzərə axıdılan tullantı sularda çirkləndirici maddələrin miqdarı normadan artıq olub.

Valyuta.az AzərTAC-a istinadən xəbər verir ki, Lənkəranda dəniz sahilində keçirilən monitorinqlərdə əsas diqqət insanların daha çox üz tutduğu çimərliklərə yönəldilib. 

Belə ki, Xəzər dənizi sahili boyu yerləşən 8 məntəqədən götürülən suyun fiziki-kimyəvi və bakterioloji analizləri aparılıb. Analizlərin nəticəsinə görə, çirklənmə səviyyəsi yüksək olub. Məlum olub ki, Lənkəran rayonu ərazisindəki təmizləyici qurğular istismara yararsız olduğundan tullantı suları heç bir təmizləmə prosesi keçmədən dənizə axıdılır.

Xəzərin Lənkəran sahillərində dəniz qumunun orqanizmə faydalı olması çimərlik mövsümündə bura üz tutanların sayını artırır. Lakin çirklənmə çox olan çimərliklərdən istifadə mədə-bağırsaq və dəri xəstəliklərinin yaranması riskini artıra bilər.

Lənkəran şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Habil Sadıqov bildirib ki, Lənkəran şəhərinə yaxın ərazilərdə, Aşağı Nüvədi qəsəbə ərazisi, Sütəmurdov kəndi, Kiçik bazar ərazisi və digər yerlərdən su nümunələri götürülüb: 

“Müayinənin nəticəsinə əsasən, götürülmüş su nümunələri dəniz suyunun bakterioloji göstəricilərinə uyğun deyil. Yəni, dəniz suyunda çirklənmə müşahidə olunub. Hazırda həmin ərazilərdə çimmək qadağandır. Dəniz kənarında yerləşən ictimai iaşə və digər obyektlər dənizin təmizliyinə nəzarət etməlidirlər”.

Qeyd edək ki, dəniz suyunun analizi çimərlik mövsümü başa çatana qədər mütəmadi olaraq aparılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qobustana giriş bahalaşır – Kimlər nə qədər ödəniş edəcək?

Azərbaycanda qızıl və qiymətli daşlara dair texniki tələblər sərtləşdirildi

Bakının bu ərazisində evlər söküləcək - XƏBƏRDARLIQ

Bakının bu ərazisində evlər söküləcək - XƏBƏRDARLIQ

Azərbaycanda bu televiziyanın adı dəyişdirildi

Balakəndə kanat yolu tikilir- 5 milyon manat ayrıldı

Bu şəxslərə Prezidentin fərdi təqaüdü verildi - SİYAHI

Şuşa ilə bağlı 17 milyonluq layihə

Dövlət Xidməti "Sovetski"dəki tarixi binanın taleyi ilə bağlı qərar verib

Dünyanın “ən çirkli” pulu hansıdır?

Mərkəzi Bank elektron pul təşkilatına icrası məcburi göstəriş verib

Azərbaycanda bu şəxslərə pulsuz evlər veriləcək - 120 milyonluq layihə

Məhkəmə “Azərsu”nun şadlıq sarayına yazdığı əsassız borcu sildi

"Şərurlu İsfəndiyar"la bağlı vəsatət verilib

Hüseyn Bağırlı “AFB Bank”ın İdarə Heyəti Sədri yanında Biznes Bankçılıq üzrə Müşavir təyin edilib

Hüseyn Bağırlı “AFB Bank”ın İdarə Heyəti Sədri yanında Biznes Bankçılıq üzrə Müşavir təyin edilib

Umico kredit xətti ilə alış-verişə 50% komissiya endirimi®

Azərbaycana dekorativ balıq satan ölkələr - Kiloqramı 116 manatdan

"Apple"dan "Google"a süni intellekt zərbəsi: Axtarış müharibəsi başlayır

"Emirates" rekord mənfəət əldə edib

“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi®

"Linkedin" süni intellektlə vakansiya axtarışını asanlaşdıracaq

Daha 4 KOB subyekti vergidən azad olundu

AZAL Moskvaya daha iki reysi təxirə salıb

Bank of Baku-da daha bir təyinat olub

Bank of Baku-da daha bir təyinat olub

Bakı, Sumqayıt və Abşeron üzrə may ayının pensiyaları ödənildi

Prezidentdən Arif Babayevlə bağlı Sərəncam

Bank kartlarından oğurluqlarda məsuliyyət yalnız müştərinindir?

Nəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək - RƏSMİ

“Ağ Saray”, “Baku Palace” və digər məşhur restoranlar cərimələndi

Yeni açılan yolda hərəkət məhdudlaşdırılacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin