Energetika
20.05.2021 / 14:18
Avropada qazın qiyməti yenidən düşüb
12488
Niderlandın TTF qovşağında cümə axşamı tədarük ediləcək qazın min kubmetrinin qiyməti 290 dollara düşüb.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bu, 2021-ci ilin mayı üçün ən aşağı qiymətdir.
Bir qədər öncə, mayın 17-də tədarük ediləcək qazın min kubmetrinin qiyməti 342 dollar olub.
Bundan əvvəl isə Asiyada qiymətlər düşməyə başlayıb. Hazırda Asiyada “Platts JKM” indeksi ilə satılan maye təbii qazın (MTQ) iyul fyuçersləri 338 dollara qədər ucuzlaşıb. Ötən cümə günü isə bu göstərici hər min kubmetr üçün 373 dollar olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay