Energetika
19.05.2021 / 15:39
ABŞ-ın neft ehtiyatları artıb - PROQNOZ
12429
Amerika Neft İnstitutunun (API) proqnozlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə artıb.
Valyuta.az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, ötən həftə ABŞ-ın neft ehtiyatları 620 min barel artaraq təqribən 483 204 min barel təşkil edib.
Qeyd edək ki, analitiklər ABŞ neft ehtiyatlarının 1 680 min barel artacağını gözləyirdi.
Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay