BAKU Azərbaycan
16.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
12400

"Azərbaycanda 2021-ci ilin aprel ayının 5-dən tədris prosesinin dayandırılması şagirdlərdə çox ciddi psixoloji problemlər yaratmışdı. Nəzərə alsaq ki, onlar uzun müddət tədrisdən kənarda idilər, yenidən fasilənin verilməsi onların hazırlıq səviyyəsinə ciddi şəkildə təsir göstərdi”.

Valyuta.az xəbər verir ki, bunu Sfera.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Xüsusən də bunun ibtidai sinif şagirdlərinə mənfi təsir etdiyini deyən ekspert, dünən bununla bağlı monitorinqlər apardıqlarını diqqətə çatdırıb: 

“Monitorinqlərə əsasən, 17 maydan etibarən tədrisin bərpası şagirdlərin yüksək əhval-ruhiyyədə olmasına gətirib çıxarıb. Xüsusilə Xətai, Nərimanov, Yasamal ərazisində aparılan monitorinqlərin ilkin nəticələri davamiyyətin aprel ayına nisbətən dəfələlərlə çox olduğunu göstərib. Hətta təkcə davamiyyətin çoxluğu yox, eyni zamanda məktəbə gələn şagirdlərin, valideynlərin əhval-ruhiyyəsinin də yüksək olduğunu müşahidə etdik. İbtidai siniflərdə təhsil alanlar xüsusilə məktəbə böyük həvəslə gəlirlər. Hava şəraitinin müsbət olması, onlara qapalı məkandan çıxıb hərəkət etməyə imkan verdi. Eyni zamanda onlar sinif yoldaşları ilə ünsiyyət üçün darıxmışdılar”.

Ekspertin sözlərinə görə, bəzi şagirdlərin qoruyucu maskalardan istifadə zamanı müəyyən çətinliklər çəkdiyi də müşahidə edilib:

"Düşünürəm ki, hava şəraitini nəzərə alaraq, azyaşlı uşaqların qoruyucu maskadan istifadəsinə tamamilə sərbəstlik vermək lazımdır. Dünəndən bərpa olunan tədris prosesi isə, qeyd etdiyim kimi, şagirdlər və valideynlər tərəfindən olduqca müsbət qarşılanıb. Hesab edirəm ki, bundan sonra artıq bizim təhsilimiz bir daha hər hansı qapanmaya getməyəcək”.

Qeyd edək ki, Mayın 17-dən Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində əyani tədris forması qismən bərpa edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Microsoft"un yubileyində gözlənilməz etiraz: Al müharibəyə dəstək verir?

Yüksək faizli istehlak kreditləri iqtisadiyyata hansı təsirlər göstərir?

Meta-nın yeni süni intellekti "Llama 4" Avropaya qadağan edildi

"iPhone 16" almaq, yoxsa "iPhone 17"ni gözləmək: Hansı daha məntiqlidir?

“Microsoft” Çindəki tərəfdaşını bağlayır - 2000 nəfər işsiz qalacaq

İcra hakimiyyəti 10 min manata icarə xidmət alır

Yanvar-aprel ayının iqtisadi dalğalanması - İtirənlər və qazananlar

Sığorta bazarında fərqli mənzərə: Kim çox ödəyir, kim heç nə

Britaniya xərcləri azaltmaq üçün 300 agentliyi bağlayacaq

AzTU “Lexus-Bakı”dan 117 minlik maşın alır

Məşhur milyarder ABŞ prezidentinə qarşı: "Tramp etimadı itirir"

Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Vergi borcu olan şirkət kotirovka sorğusunun qalibi oldu

7 milyonu kənara qoyub 200 nəfərin pensiyasını müzakirə edirlər - İqtisadçı

“Baby store” cərimələndi

ABŞ hökuməti "Apple" və "Google" şirkətinə möhlət verdi

Bəzi xarici şirkətlərdən məhsul idxalına qadağa qoyulub

Cənub bölgəsindəki “İsti Su” 1,4 milyona satışa çıxarıldı

Azərbaycana ən çox ananas satan ölkə - 1 manat 80 qəpikdən

51 nəfərin diplomu tanınmayıb

Bu məktəblərdə şagird qəbulu 2 qaydada aparılacaq

“Sədərək” və “Binə” Ticarət Mərkəzlərindən Xəzər dənizinə çirkab sular axıdılırmış - Cərimə gözlənilir

AMEA-da yeni şöbə yaradıldı

Ölkədən çıxışa STOP qoyulmasını necə öyrənmək olar?

Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq®

"Dəstərxan" restoranı səs-küyə görə cərimələndi

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

Startaplar üçün vençur studiya yaradıldı - Hansı imkanlar var?

MTK-ların qanunazidd qaraj biznesi: Bir parkinq yeri 25 min manata satılır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin