BAKU Azərbaycan
16.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
12384

"Azərbaycanda qiymətlər çox sürətlə artır. 2021-ci ilin birinci rübündə MDB dövlətləri arasında istehsal qiymətləri indeksi Azərbaycanda ən yüksək səviyyədə artıb”.

Valyuta.az xəbər verir ki, iqtisadçı Qubad İbadoğlu belə deyir.

O bildirib ki, Azərbaycanda qiymət artımının səbəblərindən biri də mədən sənayesi bölməsində istehsal olunun məhsulların qiymətlərin bahalaşmasıdır.

Azərbaycan Dövlət Statistika Komitəsinin (DSK) açıqlamasına görə, 2021-ci ilin yanvar-aprel aylarında inflyasiya 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4 faiz olub.

DSK həmin dövr ərzində ərzaq məhsullarının 4,7 faiz bahalaşdığını bildirir.

Qubad İbadoğlu deyir ki, MDB ölkələri üzrə açıqlanan statistikada ən çox bahalaşmanın Azərbaycanda olduğu göstərir.

İstehlak qiymətləri indeksinə gəlincə, iqtisadçı bildirir ki, Azərbaycanda 1 rübün nəticələri üzrə müvafiq göstərici MDB üzrə orta göstəricidən 2,3 dəfə yüksək olub: 

"Son 4 ayın göstəricilərinə görə, istehlak bazarında qiymətlər daha sürətlə artıb. Belə ki, 2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 104,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 103,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,1 faiz təşkil edib”.

İqtisadçı qiymət artımının yüksək tempini ilin əvvəlində benzinin və suyun bahalaşması ilə izah edir. O həmçinin artımda idxal olunan malların bəzilərinin mənşə qiymətininin, daşınma xərclərinin və gömrük ödənişlərinin süni artırılmasının da rolunun olduğunu düşünür: 

"Beləliklə də, ərzaq məhsulları, tikinti materialları daha çox bahalaşmaya məruz qalıb. Elə bu səbəbdən də, adətən, mövsümi amillərin təsiri ilə deflyasiya qeydə alınan aprel-may aylarında da qiymətlər bahalaşmaqda davam edir”.

Qubad İbadoğlunun sözlərinə görə, hazırda Azərbaycanda qiymət artımı gözləntisi yüksəkdir: 

"Buna görə də bahalaşma davamlı olacaq. Görünür ki, bu gedişlə Azərbaycan qiymət göstəriciləri üzrə MDB dövlətləri arasında liderliyi il ərzində əldən verməyəcək”.

İqtisadçı Nemət Əliyev də Azadlıq Radiosuna bildirib ki, idxal mallarının qiymət təsiri nəzərə alınsa, daxili bazarlarda 30 faiz qiymət artımıyla götürülsə, demək, 15-17 faiz bahalaşma var.

İqtisadçı sual edir: 

"60 faiz çəkisi olan idxal mallarının qiymətləri bahalaşanda 40 faiz çəkisi olan yerli malların qiymətləri yerində sayır, yoxsa aşağı düşür?"

"Əgər bunlarda da qiymət artımı baş verirsə, deməli, Azərbaycanda bahalaşma səviyyəsi 15-17 faiz civarındadır”, - Nemət Əliyev belə düşünür.

İqtisadçı DSK-nın 4, 7 faiz bahalaşma olması ilə bağlı açıqlamasını inandırıcı saymır: 

"Dəfələrlə tanınmış mütəxəssislər bu barədə xəbərdarlıqlar etsə də, komitə özünü eşitməməzliyə qoyub. Yaxşı olardı, komitə açıqladığı rəsmi rəqəmlərə hörmət etsin”.

Nemət Əliyev bundan sonra da ərzaq mallarının daha sürətlə bahalaşacağı qənaətindədir:

"Marketlərdəki qiymətləri bir il əvvəlki qiymətlərlə müqayisə edin, o zaman bahalaşma səviyyəsinin nə qədər sürətlə davamlı olduğunu müşahidə edərdiniz. Onsuz da istehlakçılar qiymət səviyyəsinin necə sürətlə artdığını yaxşı bilirlər. Bu baxımdan komitənin məlumatları reallığı əks etdirmir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Meta-nın yeni süni intellekti "Llama 4" Avropaya qadağan edildi

"iPhone 16" almaq, yoxsa "iPhone 17"ni gözləmək: Hansı daha məntiqlidir?

“Microsoft” Çindəki tərəfdaşını bağlayır - 2000 nəfər işsiz qalacaq

İcra hakimiyyəti 10 min manata icarə xidmət alır

Yanvar-aprel ayının iqtisadi dalğalanması - İtirənlər və qazananlar

Sığorta bazarında fərqli mənzərə: Kim çox ödəyir, kim heç nə

Britaniya xərcləri azaltmaq üçün 300 agentliyi bağlayacaq

AzTU “Lexus-Bakı”dan 117 minlik maşın alır

Məşhur milyarder ABŞ prezidentinə qarşı: "Tramp etimadı itirir"

Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Vergi borcu olan şirkət kotirovka sorğusunun qalibi oldu

7 milyonu kənara qoyub 200 nəfərin pensiyasını müzakirə edirlər - İqtisadçı

“Baby store” cərimələndi

ABŞ hökuməti "Apple" və "Google" şirkətinə möhlət verdi

Bəzi xarici şirkətlərdən məhsul idxalına qadağa qoyulub

Cənub bölgəsindəki “İsti Su” 1,4 milyona satışa çıxarıldı

Azərbaycana ən çox ananas satan ölkə - 1 manat 80 qəpikdən

51 nəfərin diplomu tanınmayıb

Bu məktəblərdə şagird qəbulu 2 qaydada aparılacaq

“Sədərək” və “Binə” Ticarət Mərkəzlərindən Xəzər dənizinə çirkab sular axıdılırmış - Cərimə gözlənilir

AMEA-da yeni şöbə yaradıldı

Ölkədən çıxışa STOP qoyulmasını necə öyrənmək olar?

Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq®

"Dəstərxan" restoranı səs-küyə görə cərimələndi

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

Startaplar üçün vençur studiya yaradıldı - Hansı imkanlar var?

MTK-ların qanunazidd qaraj biznesi: Bir parkinq yeri 25 min manata satılır

Bakıda “Maşın bazarı”nda etiraz - VİDEO

Daha bir yüksək vəzifəli məmur yola salınır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin