Dünya
18.05.2021 / 18:02
Azərbaycanda istehlak qiymətləri indeksi sabitləşib - Dünya Bankı
12382
2021-ci ilin martında Azərbaycanda istehlak qiymətləri indeksi sabitləşib.
Valyuta.az-ın Trend.az-a istinadən verdiyi məlumata görə, bu barədə Dünya Bankının aylıq hesabatında deyilir.
Qeyd olunur ki, mart ayında qiymətlər 0,9 faiz artıb. Eyni zamanda inflyasiya 4,2 faiz, sabit qalıb. İnflyasiya Azərbaycan Mərkəzi Bankının hədəf diapazonu çərçivəsində olub.
Dünya Bankının ekspertləri qeyd edir ki, Azərbaycanda mart ayında xidmət sahəsində inflyasiya göstəriciləri dəyişməz qalıb.
Qeyd edək ki, Dünya Bankı 2021-ci ildə Azərbaycanın ümumi daxili məhsulunun 2,8 faiz səviyyəsində artımını proqnozlaşdırır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay