BAKU Azərbaycan
21.03°C
  • USD
    1.7
  • EUR
    1.9406
  • RUB
    2.1689
  • TRY
    0.0434
  • GBP
    2.2922
12311

Lisenziyası ləğv edilmiş “AG Bank” ASC və “NBC Bank” ASC-nin əmanətçilərinin agent banklar tərəfindən ərizə qəbulunun müddəti başa çatıb.

Əmanətlərin Sığortalanması Fondundan Valyuta.az-a bildirilib ki, Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin 2020-ci il 28 aprel tarixli qərarı ilə “AG Bank” ASC və “NBC Bank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyaları ləğv edilib.

Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 30 aprel tarixli qərarı ilə “AG Bank” ASC və “NBC Bank” ASC müflis elan edilib və iflas proseduruna başlanılıb. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu “AG Bank” ASC və “NBC Bank” ASC-nin ləğvedicisi təyin edilib.

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq fond agent bank vasitəsilə əmanətçilərin ərizələrini kompensasiya ödənişi ilə bağlı elanın ilk dəfə dərc olunduğu gündən başlayaraq bir il ərzində qəbul edir.

Əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər.

Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. Bununla əlaqədar olaraq, “AG Bank” ASC və “NBC Bank” ASC ilə bağlı ilk bildiriş ötən il mayın 16-da www.adif.az saytında yerləşdirilib.

Qeyd edək ki, sözügedən bildirişlər (3 dəfə) elan edildikdən sonra 1 il müddətində fond “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sözügedən ləğv prosesində olan bankların sığortalı əmanətlərinin tam şəkildə kompensasiya edilməsi prosesinə başlaması haqqında məlumatı kütləvi informasiya vasitələrində və fondun rəsmi saytında elan edib və kompensasiyaların ödənilməsi prosesinə başlanılıb.

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, “AG Bank” ASC və “NBC Bank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi üçün agent bank qismində “Azərbaycan Beynəlxalq Bankı” ASC seçilib. Kompensasiyaların çevik şəkildə və nağdsız qaydada ödənilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi və xüsusilə də ölkəmizdə tüğyan edən COVID-19 virusu səbəbi ilə tətbiq olunan karantin rejiminə riayət olunması məqsədilə qorunan əmanətlər üzrə kompensasiyalar “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin filial şəbəkəsində iki mərhələdə həyata keçirilib.

İlkin olaraq ötən il iyunun 16-dan başlayaraq “AG Bank” ASC və “NBC Bank” ASC-də 30 min manat ekvivalentinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə kompensasiyaların iyulun 15-dən başlayaraq isə 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə də kompensasiyaların verilməsinə başlanıb.

Əmanətçilərin kompensasiya ödənişi üçün ərizələrinin qəbul edilməsi ilə bağlı elanının ilk dəfə dərc edildiyi gündən bir il ötməsini nəzərə alaraq, bu il mayın 16-dan etibarən sözügedən ləğv prosesində olan bankların əmanətçilərinin ərizə qəbulunun müddəti bitib. Qeyd edək ki, ötən ilin iyunun 16-dan cari ilin mayın 16-dək “AG Bank” ASC-nin 4803 əmanətçisinə 121 milyon 55 min 519 manat (ümumi kompensasiya öhdəliyinin 90,32 faizi), “NBC Bank” ASC-nin 4249 əmanətçisinə 133 milyon 213 min 682 manat (ümumi kompensasiya öhdəliyinin 97,13 faizi), hər iki bank üzrə isə toplam 9052 əmanətçiyə 254 milyon 269 min 201 manatdan çox kompensasiya ödənişi həyata keçirilib. Ləğv prosesində olan bankların əmanətçilərinin kompensasiya ödənişi üçün müraciətlərinin müddətinin uzadılması ilə bağlı müvafiq sənədlərlə birlikdə ərizələrinin qəbulu artıq Əmanətlərin Sığortalanması Fondunun baş ofisində (Babək prospekti 16 ünvanında) həyata keçiriləcək.

Əmanətlərin Sığortalanması Fondu müflis elan edilmiş “AG Bank” ASC və “NBC Bank” ASC qarşısında borc öhdəliyi (kreditləri) olan fiziki şəxslərin ödənişlərini köçürmə yolu ilə sözügedən ləğv prosesində olan bankların Azərbaycan Mərkəzi Bankında açılmış xüsusi ləğvetmə hesabları vasitəsilə, nağd qaydada isə həmin bankların baş ofisləri (Bakı şəhəri üzrə) və filial şəbəkələrində (Bakı istisna olmaqla şəhər və rayonlar üzrə), eyni zamanda, “Milliön” ödəniş terminalları vasitəsilə həyata keçirmələrini kütləvi informasiya vasitələrində, fondun sosial media hesablarında və rəsmi vebsaytında məlumat dərc edərək bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Mark Zukerberqin yeni hədəfi bəlli oldu: Süni super zəka

İşdən çıxmalı olduğunuzu göstərən 5 əsas əlamət

Dövlət Məşğulluq Agentliyi 245 min manatlıq lisenziya alır

Enerjiyə tam müstəqillik - Almanlar yeni cihaz yaratdı

Bu şirkətin rəhbərinə “stop” qoyuldu

Bakıda yeni dayanma nöqtələri: Nəqliyyatın axıcılığı artacaqmı?

Bütün peşə sinifləri yox olacaq: Sem Altman 2030-cu illərin dünyasını təsvir etdi

Bu hospitalın 16 min manat vergi borcu üzə çıxıb

"SpaceX "və "Starlink" bir arada: İlon Maska qarşı iddialı rəqib

"Disney" və "Universal"dan süni intellekt şirkətinə qarşı məhkəmə iddiası

Vüqar Qurbanov xəstəxanada ad günü keçirən şöbə müdirini işdən çıxardı

AZCON Holdinqdə yeni təyinat

AZCON Holdinqdə yeni təyinat

Sahil Tahirli vəzifəsindən azad edildi

Bakıda daha 9 yeni skuter parklanma məntəqəsi yaradılıb

Elvin Hüseynov ölkəni tərk edibmiş - Axtarışa verildi+Rəsmi

Kimin müavinəti nə qədər artırıldı?

AQTA-nın "rədd etdiyi" məşhur broyler şirkəti satışa çıxarıldı - MƏBLƏĞ

AQTA-nın "rədd etdiyi" məşhur broyler şirkəti satışa çıxarıldı - MƏBLƏĞ

Ağdam Sənaye Parkına mediatur təşkil edilib

Şuşada 49 milyon manatlıq yaşayış binaları tikiləcək

Bütün zamanların ən yüksək aylıq investisiya daxilolmaları - Kriptovalyutada...

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

İyulun 1-dən dəfn pulu 600 manat olacaq

Beşdən çox uşağı olan qadınların müavinəti 35 manat artdı

Vətən müharibəsi Qəhrəmanlarına 2 200 manat veriləcək

Azərbaycanda sosial müavinətlər artırıldı - Prezident təsdiqlədi

“Victoria’s Secret”in bərpa planı zərbə aldı - Mənfəət proqnozu gözləntiləri qarşılamadı

“Labubu” oyuncağı qurucusunu Çinin 10 ən varlı şəxsindən birinə çevirdi

Azərbaycanlının qurduğu Payrails 32 milyon dollar investisiya alıb

8,5 milyon manat vergi borcu olan şirkət kimindir?

8,5 milyon manat vergi borcu olan şirkət kimindir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin