Tenderlər
07.05.2021 / 14:02
Mərkəzi Bankdan texniki dəstək üçün 601 min manatlıq TENDER
12111
Mərkəzi Bank bir sıra proqram platformalarına texniki dəstəyin göstərilməsi üçün “GT Solutions” MMC-ni cəlb edib.
Valyuta.az xəbər verir ki, şirkətlə ümumilikdə 601,375 min manat dəyərində 3 müqavilə bağlanıb.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, birinci müqavilə elektron statistik məlumat bazası və analitik hesabatlıq sisteminin proqram platformasının dəstəklənməsini nəzərdə tutur. Müqavilənin dəyəri 484,98 min manatdır.
İkinci müqavilə Mərkəzləşdirilmiş kredit reyestri sisteminin proqram platformasının dəstəklənməsini əhatə edir. Müqavilənin dəyəri 84,96 min manatdır.
Üçüncü müqavilədə Maliyyə savadlılığı portalının proqram platformasının dəstəklənməsi nəzərdə tutulur. Müqavilənin dəyəri 31,435 min manatdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay