Qlobal iqtisadiyyat bu ilin sonuna kimi dirçələcək – PROQNOZ
Dünyaca məşhur kredit dəyərləndirmə və araşdırma şirkəti “Moody’s” pandemiyadan zərər çəkmiş qlobal iqtisadiyyatın bu ilin sonuna kimi yenidən normal axarına qayıda biləcəyini açıqlayıb.
Valyuta.az quruma istinadən bildirir ki, sözügedən şirkətin açıqlamasında keçən il pandemiyadan ciddi zərər görmüş qlobal iqtisadiyyatın bu il 7-9 faiz arasında artacağını qeyd edib. Lakin, ümumi ticarət həcminin 2022-ci ildə də pandemiyadan əvvəlki vəziyyətdə ola bilməyəcəyi vurğulanıb.
Verilən proqnozda o da qeyd edilib ki, davam edən siyasi tədbirlərin iqtisadi canlanmanı dəstəkləyəcəyi, istehsal fəaliyyətlərini və ticarət axınlarını artıracağı gözlənilsə də, yeni virus növlərinin yaranması və yayılma hallarının yenidən artması qlobal ticarətdə qismən də olsa müəyyən məhdudiyyətlərin qalmasına səbəb olacaq.
Tərcümə edən: Kamran Xəlilov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay