BAKU Azərbaycan
19.03°C
  • USD
    1.7
  • EUR
    1.9573
  • RUB
    2.1384
  • TRY
    0.0434
  • GBP
    2.3086
12051

Dövlət Məşğulluq Agentliyi tərəfindən 2021-ci ilin birinci rübündə 35 minədək işsiz və işaxtaran şəxs aktiv məşğulluq tədbiri ilə əhatə edilib. 

Valyuta.az xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəylinin APA-ya müsahibəsində söyləyib.

Onlardan 31,3 min nəfərinin münasib işlərlə təmin olunduğunu deyən Agentlik sədri bildirib ki, 3500-dək şəxs isə kiçik bizneslərini yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub. 

O, qeyd edib ki, işsiz və işaxtaran vətəndaşların kiçik biznesə malik olmasına imkan yaradan özünüməşğulluq proqramı üzrə əmlakla təmin edilənlərin sayı hər il əvvəlki ilə nisbətən ciddi şəkildə artır:

“2017-ci ildə proqrama 1172 nəfər cəlb edilibsə, 2018-ci ildə bu göstərici 7267 nəfər, 2019-cu ildə 10716 nəfər, 2020-ci ildə 12548 nəfər təşkil edib. 2021-ci ildə isə hədəf 16 min şəxsin özünüməşğulluq proqramına cəlb edilməsidir. Bu da il ərzində proqrama cəlb olunanların sayının 2017-ci illə müqayisədə 13,6 dəfə artacağını göstərir.

Bildiyimiz kimi, əmək bazarının mövcud tələblərinə uyğun peşə-əmək bacarıqlarına malik olmaq məşğulluğun təminatı üçün əsas şərtlərdən biridir. Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri vasitəsilə bu sahədə əmək bazarının ehtiyaclarının qarşılanması üçün zəruri addımlar atılır”. 

Onun sözlərinə görə, Agentliyin peşə hazırlıq məktəbləri yenidən qurularaq yaranan tələbata uyğun peşə hazırlığının həyata keçirilməsi təmin edilir: 

“Artıq bu il üzrə də peşə hazırlıq kurslarının təşkilinə başlanıb. Kurs müddətində müdavimlərə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı məbləğində təqaüd də ödənilir. Əsas hədəflərdən biri kimi isə bu il 3 min nəfər İSO (Keyfiyyət idarəetmə sistemləri üzrə) standartlarına uyğun mütəxəssis hazırlığı nəzərdə tutulub. Bu da işçi qüvvəsinin həmin standartlar əsasında rəqabət qabiliyyətinin artırılmasına mühüm dəstək məqsədi daşıyır”.

M.Abbasbəyli, digər tərəfdən, əmək bazarında prioritet peşələr üzrə peşə və kvalifikasiya standartlarının hazırlanması işlərinin davam etdiyini diqqətə çatdırıb: 

“Son aylarda da İKT, emal sənayesi, ictimai iaşə, tikinti və s. sahələr üzrə daha 60-a yaxın peşə və kvalifikasiya standartı hazırlanıb. Peşə və kvalifikasiya standartları peşə-ixtisas təhsilinin əmək bazarının tələblərinə, işçi qüvvəsinin beynəlxalq standartlara uyğunlaşdırılmasına xidmət edir. Son bir ildə artıq 360-dək standart hazırlanaraq təsdiqlənib, bu ilin sonuna qədər həmin göstəricinin 1000-ə çatdırılması nəzərdə tutulur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

"Meta AI" təhlükəlidir: Məxfi istifadəçi məlumatlarını gizlətmir

Məşhur Dubay şokoladlarında ölüm riski üzə çıxdı - Professordan şərh

Kanadada alimlik dərəcəsi alan azərbaycanlı: “Nazir övladlarını riyaziyyatdan hazırlaşdırırdım”

İnnovasiya və Təchizat Mərkəzindən “Avromed”ə 702 min manatlıq sifariş

“Barbie”yə süni intellekt gəlir - “Mattel” və “OpenAI” əməkdaşlığa başladı

Bu MMC-nin 26 min manatdan çox vergi borcu var

Bazarda keyfiyyətsiz dərmanlar çoxdur - Professor açıqlayır

Bu şirkətin rəhbərinə “stop” qoyuldu – 14 min manatlıq borc qalmaqalı

DGK-nın hospitalı ilə deputata məxsus olduğu deyilən şirkət arasında milyonluq müqavilə

"Ya satırsan, ya da işdən çıxarılırsan"- satış dünyasının amansız reallığı -Biznes filmləri

"Ya satırsan, ya da işdən çıxarılırsan"- satış dünyasının amansız reallığı -Biznes filmləri

"El-Babatürk" MMC-nin 38 min manat vergi borcu var

Biznes dünyasına yeni milyarder gəldi

1-2-ci siniflər üçün 3 milyonluq dərslik buraxılacaq

Bakının bu küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq

“Uber Azərbaycan” 20 min, direktoru 5 min cərimə olundu

"Şahdağ"da otel otaqlarının günlük Qiyməti

Laçın şəhərinin Baş planı təsdiqləndi

Expressbankın İdarə Heyətinə yeni TƏYİNAT

Nöqsanları aradan qaldırmayan “Bakı Fond Birjası” və vəzifəli şəxsləri cərimələndi

Nöqsanları aradan qaldırmayan “Bakı Fond Birjası” və vəzifəli şəxsləri cərimələndi

Laçın Rayon Mərkəzi Xəstəxanası tikiləcək

12 yaşlı uşaq bir gündə 6 800 manat pul qazanıb

Xəstəxanalarda qiymətlər bahalaşdı

İsrail-İran müharibəsi: Dollar təhdid altındadır

Deputat: Necə deyə bilərsən ki, işlətmədiyin qaza görə pul ödəməlisən?!

"Unibank" rəhbərliyində yeni təyinat olub

Karqo şirkətləri üçün tələblərdə hansı dəyişiklik edilib?

AZAL 3 şəhərə uçuşları ləğv etdi

AZAL 3 şəhərə uçuşları ləğv etdi

Rəqəmsal etika nədir və niyə olmalıdır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin