BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.9245
  • RUB
    2.0345
  • TRY
    0.0447
  • GBP
    2.2136
12050

Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən monitorinqləri başa çatmış daha daha 44038 torpaq sahəsi üzrə (parsel) 30715 fermerə payızlıq əkinlərə görə subsidiya ödənilib.

AKİA-dan Valyuta.az-a verilən məlumata görə, son ödəmə üzrə AKİA tərəfindən fermerlərin kartlarına 7919101 manat subsidiya köçürülüb.

Bununla da 2020-ci ilin payız əkinlərinə görə 294499 fermerə 121 milyon manatdan artıq subsidiya ödənilib. Bu da payız əkinlərinə görə EKTİS-də subsidiya müraciəti formalaşmış fermerlərin 96 faizi deməkdir. Ümumilikdə yanvar ayının 31-dək 306 mindən artıq fermer payızlıq əkinlərlə bağlı subsidiya almaq üçün elektron qaydada müraciət edib. Fermerlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) 591027 bəyan daxil ediblər. Bəyan olunmuş sahələrin ümumi sahəsi 969205 hektar təşkil edir. 

“AKİA əkin bəyanlarının monitorinqini başa çatdırdıqca, ödəmələri həyata keçirir. Monitorinqlərin müddəti və mərhələləri bəyanların uyğunluğundan, fermer sahələrindən, əkilmiş bitkinin növündən asılıdır. Sənədlərin sistemdə müqayisəli yoxlanması, peyk vasitəsilə monitorinq və yerüstü yoxlamalar bizə dövlətin aqrar sahəyə ödədiyi vəsaitin ədalətli çatdırılmasını təmin etməyə imkan verir” - deyə AKİA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ruslan Zeynal verib. 

Onun sözlərinə görə, 2021-ci ildə həmçinin EKTİS-ə daxil edilmiş, torpaq sənədləri doğru olan, 1 hektardan az əkin sahələrinin monitorinqi peyk vasitəsilə yoxlanılıb və fermerlərə dərhal subsidiya ödənilib: 

“Torpaq sənədlərində problemlər olan, icarə müqavilələrinin vaxtı başa çatan, əkdiyi bitkinin növü subsidiya məbləğinə əhəmiyyətli dərəcədə təsir edən və monitorinq üçün bitkinin cücərməsini gözləmək vacib olan fermerlərin sahələrində yerüstü monitorinqlər daha detallı aparılıb. Hazırda 3000 nəfərə yaxın fermerin sahəsində monitorinqlər bitmək üzrədir. 3183 fermerin torpaq sənədləri isə təhlil edilir. 5107 fermerə isə yeni “Fermer kartı” sifariş edilib”

Ruslan Zeynal əlavə edib ki, bu ilki monitorinqlərə təsir edən amillərdən biri də ölkədə ilk dəfə iri torpaq sahələrinin icbari qaydada aqrokimyəvi analizlərə cəlb olunmasıdır: 

“Hazırda 1503 nəfər fermer ümumilikdə 24761 hektar torpaq sahəsi üzrə aqrokimyəvi analizlərin nəticələrini təqdim etməyib, bu səbəbdən həmin fermerlərə subsidiyaların ödənilməsində ləngimələr baş verir”. 

Qeyd edək ki, qaydalara uyğun olaraq, ödənişlər fermer kartlarına 25% nağdlaşdırıla bilən və 75% nağdsız hissə şəklində ödənilir. Fermerlər subsidiyanın nağdlaşdırıla bilinməyən hissəsi ilə gübrə, pestisid, toxum və ting təchizatçılarından təsərrüfatlarına lazım olan məhsulları POS-terminal vasitəsilə ödəniş etməklə əldə edə bilərlər. Subsidiya qaydalarında edilmiş son dəyişikliyə görə, fermerlər təsərrüfatları üçün gübrənin tam dəyərini “Fermer kartı” ilə nağdsız ödəmək imkanı qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Metrologiya İnstitutunun 3.3 milyonluq tenderi

Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı

Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı

Azərbaycana neft satan ölkələrin sayı artıb

Özəl klinikalarda həkim qəbulunun qiymətləri

Uğur qazanmaq üçün müştəriləri daha yaxşı dinləməyin 10 yolu - SƏHƏR OXUSU

"Tesla" iki modelin satışını dayandırdı

"Yaradıcı Azərbaycan" üçün 3.2 milyon manat

Azərbaycanda ən çox viza bu ölkələrə verilib (SİYAHI)

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 20 %-dən çox azalıb

Kiyevə 21 milyard avroluq yeni hərbi dəstək vəd olunub

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

"iPhone"ların qiyməti üç dəfə bahalaşa bilər

Əhalinin ən çox pul xərclədiyi sahələr - I rübün statistikası

Məşhur şirkət bütün dünyanı aldadıb: Süni intellekt əvəzinə filippinli işçilər...

Sabah hava dəyişkən buludlu olacaq

Əhalinin dərman və tibbi ləvazimatlara çəkdiyi xərc 9 %-dən çox artıb

"Google Xəritələr" məlumatları artıq "böyük mənzərəni" görməyə imkan verəcək

200 min borcu olan şirkətə İcra Hakimiyyəti 400 minlik sifariş verdi

Neftimizin qiyməti bahalaşıb

AYNA müdirləri üçün təzə kreslolar alır - “Embawood”a 100 minlik sifariş

"City Construction"ın 350 mindən çox borcu var

"Azərdövlətlayihə" sabiq nazirin şirkətinə 250 minlik sifariş verdi

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

“Xeyli miqdar”, “külli miqdar” və “xüsusilə külli miqdar” – Cərimələr nə qədərdi? -SƏHƏR OXUSU

AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq

Marsda maraqlı təbiət hadisəsi müşahidə edildi

Yarım milyonluq şirkətin 15 min manat vergi borcu var

Trampın tarif müharibəsinin Amerika biznesi üçün nəticələri nə olacaq?

Kredit təşkilatının əmlakları 13 min manatdan hərraca çıxarılır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin