BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.8543
  • RUB
    2.0148
  • TRY
    0.0448
  • GBP
    2.22
11989

“Regionda mühüm nəqliyyat mərkəzi olan Azərbaycan transsərhəd və tranzit prosedurları və logistikanı daim təkmilləşdirir, logistika sistemini və ticarət proseslərini rəqəmsallaşdırır”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramının “CAREC-in 20 ili: rəqəmsal transformasiya yolu ilə regional əməkdaşlığın yenidən nəzərdən keçirilməsi” adlı yüksək səviyyəli onlayn iclas zamanı deyib. 

Qeyd edək ki, iclas Asiya İnkişaf Bankının (AİB) illik ümumi yığıncağı çərçivəsində baş tutub.

“Bəlkə də region və xüsusən də Azərbaycan üçün yeni bir eranın başladığını bilirsiniz” – deyə qeyd edən nazir bildirib ki, təxminən 30 illik erməni işğalından azad edilmiş ərazilərin bərpası və inkişafı, o cümlədən zəruri infrastrukturun yaradılması, biznesin inkişafı üçün stimulların yaradılması, yeni nəqliyyat və iqtisadi dəhlizlərin, xüsusilə Zəngəzur dəhlizinin yaradılması bir çox illər ərzində iqtisadi fəaliyyətimizin prioritetləri siyahısında olacaq. Bu tədbirlər, şübhəsiz ki, regional əməkdaşlığın gücləndirilməsinə kömək edəcək”.

Onun sözlərinə görə, regionun yenidən qurulması həm dövlət investisiyaları hesabına, həm də özəl maliyyə vəsaitlərinin cəlb edilməsi ilə həyata keçiriləcək: 

“Sərmayədarlar üçün cəlbedici şərtlər yaradılacaq, lakin Azərbaycan tərəfinin xarici investisiyalara açıq olması onun bu investisiyalar olmadan vəzifəsini yerinə yetirə bilməyəcəyi anlamına gəlmir. Azərbaycan hökuməti 2021-ci ildə bölgənin bərpası üçün təxminən 1,5 milyard dollar dəyərində dövlət sərmayəsi yatırmaq niyyətindədir”.

Onun sözlərinə görə, bölgədə kənd təsərrüfatı ilə yanaşı, turizm və dağ-mədən sənayesi inkişaf edəcək – müharibədə qazanılmış qələbə nəticəsində Azərbaycan Kəlbəcər rayonundakı “Söyüdlü” (Zod) qızıl yatağının 2/3 hissəsini özünə qaytarıb.

Naxçıvan nəqliyyat dəhlizinin yenidən qurulması və Azərbaycandan Ermənistan və Naxçıvan ərazisi ilə Türkiyəyə gedən dəmir yolunun bərpası bölgənin iqtisadiyyatına təsir edəcək. M.Cabbarov qeyd edib ki, Naxçıvanla əlaqənin bərpası Ermənistan da daxil olmaqla, bölgənin bütün ölkələri üçün faydalıdır.

İqtisadçıların fikrincə, Bakı 10 il ərzində Qarabağın bərpasına təxminən 60 milyard dollar xərcləyəcək.

Xatırladaq ki, Zəngəzur dəhlizinin açılması nominal ÜDM-i 1,1 trilyon dollardan çox olan türkdilli ölkələrin iqtisadiyyatına təsir göstərəcək və eyni zamanda, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əhəmiyyətini artırmağa şərait yaradacaq. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə bu nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Bu, xüsusilə, Naxçıvan iş adamlarının Şərq-Qərb nəqliyyat dəhlizinə çıxışının təmin edilməsi baxımından vacibdir. Dəhliz eyni zamanda Azərbaycanın eksklavı – Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri gücləndirəcək və ölkəmizin geoiqtisadi əhəmiyyətini daha da artıracaq. Ən əsası isə türk dünyası Zəngəzur dəhlizi vasitəsilə yenidən birləşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

DGK-nın bu qurumu 132 minə kinoloji xidmət alır

Telefon batareyasını tam boşaltmaq: Doğrudur, yoxsa yanlış?

Bələdiyyə torpaqları hərracda satışa çıxarılır

İki texnologiya nəhəngi birgə istehsala başlayır -Çip sənayesi güclənəcək

Bu universitet 2 milyona tədris korpusunu yeniləyəcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin