BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
11986

Koronavirusdan sağalan  bəzi xəstələrin karantin müddəti bitsə də, onlara evdən çıxa bilmələri barədə sms gəlmir və ya gecikir. 

 Bu da insanlarda bəzi narazılıq və qorxuya səbəb olur. Belə insanlar normal həyatlarına, işlərinə dönə bilərlərmi?

Valyuta.az Modern.az-a istinadən xəbər verir ki, İcbari Tibbi Sığortadan bildirilib ki, vətəndaşa mesaj göndərilməməsinin və ya  gec göndərilməsinin  səbəbləri müxtəlif ola bilər:

“Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxan şəxs sahə həkimi tərəfindən evdə nəzarətə götürülür. Vətəndaşla bağlı bütün lazımi məlumatlar sahə həkimi tərəfindən proqram təminatına daxil edilir. Bu zaman vətəndaş yaşayış yerində və ya olduğu yerdə 14 gün müddətində təcrid olunması barədə SMS bildiriş alır. Bu müddət ərzində sahə həkimi vətəndaşla əlaqə saxlayır, səhhəti ilə maraqlanır və ehtiyac olduqda lazımi müalicələr təyin edir". 

Qeyd edilib ki, 14 gün başa çatdıqdan sonra sahə həkimi vətəndaşla əlaqə saxlayır: 

"Vətəndaş sağaldığı halda sahə həkimi proqram təminatı üzərindən sağalma statusu ilə evdə nəzarəti başa çatdırır. Bu zaman vətəndaşa yaşayış yerində və ya olduğu yerdə təcridetmə müddətinin bitməsi barədə SMS bildiriş göndərilir. Lakin bəzən vətəndaş sahə həkiminin müşahidəsindən imtina edir. Yaxud da vətəndaşa tibb müəssisəsində stasionar müalicə təyin edilir. Belə olduğu hallarda, vətəndaşa özünütəcrid rejiminin başa çatması barədə SMS bildiriş göndərilmir”.

Bəs belə olan halda vətəndaşlar  pols tərəfindən məsuliyyətə cəlb oluna bilərmi? 

 Daxili İşlər Nazirliyindən verilən məlumata görə, vətəndaşın adı e-təbib tətbiqində aktiv xəstə kimi qeyd olunduğu halda məsuliyyətə cəlb oluna bilər: 

"Həmçinin adı portalda  aktiv xəstə kimi qeyd olunmayanlara bu və digər səbəbdən SMS icasəsi gəlməsə belə onların özlərini özünütəcrid müddəti bitmiş sayılır. Vətəndaşlar tətbiq vasitəsi ilə aktiv xəstə olub, olmamağını yoxlaya bilər".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Göylə gələn milyonlar - Hava nəqliyyatında ixrac və idxalda artım

Məşhur investordan bazar tövsiyəsi: Uzaq durun

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin