BAKU Azərbaycan
21.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8907
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0499
  • 1 İngiltərə funt sterlinqi
    2.2456
11984

Dövlət satınalmaları haqqında” qanun layihəsi Azərbaycan Prezidentinin dövlət satınalmalarında şəffaflığın və səmərəliliyin təmin edilməsinə dair tapşırıqlarının icrası, bu sahədə ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə hazırlanıb.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin ( birinci oxunuş) müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, qanun layihəsi elektron satınalmanın əhatə dairəsinin genişləndirilməsi, kotirovka sorğusu prosedurunun elektronlaşması və açıq tenderlə yanaşı, kotirovka sorğusunun (5 min manatdan 50 min manatadək olan tenderlər) yalnız portal vasitəsilə həyata keçirilməsini təmin edəcək: 

“Layihə həm də dövlət satınalma proseslərində iştirak haqlarının və digər xərclərin əhəmiyyətli şəkildə azaldılmasına, sahibkarlara iştirak üçün geniş imkanların yaradılmasına, o cümlədən iştirak haqlarının portalın operatoruna ödənilməsinin təşkilini, həmçinin bu vəsait hesabına portalın saxlanılması xərclərinin ödənilməsi məqsədlərinə xidmət edir. Sənəddə dövlət satınalmaları üzrə prosedurların və şikayət mexanizminin təkmilləşdirilməsi nəzərdə tutulub.  O cümlədən satınalma elanları ilə bağlı müddətlərin, təkliflərin qiymətləndirilməsi və müqavilənin imzalanması müddətlərinin azaldılması layihənin müddəalarındandır”.

Komitə sədrinin sözlərinə görə, sənəd eyni zamanda işlərin tamamlanmasına görə təminatın təkrar alınması ilə bağlı tələbin qanunda konkretləşdirilərək bütün təminat müddətini əhatə edir: 

“Sənədə görə, işlərin yoxlanması zamanı satınalan qurum icra olunmuş işlər üzrə razılığa gələ bilmədiyi zaman yaranan gecikmənin tənzimlənməsi və azaldılması, mövcud müqavilələrə edilən əlavələr və kiçik düzəlişlər üçün müddətin azaldılması) konkretləşdirilməsi və optimallaşdırılması, əlavə məsuliyyət tədbirlərinin müəyyənləşdirilməsini nəzərdə tutulur. Layihədə, satınalma müqavilələrinin icrasına başlanılması üçün icazələrin alınmasının satınalan təşkilatlar tərəfindən qabaqcadan təmin edilməsi əks olunub. Belə ki, əvvəllər müqaviləni udan sahibkar (podratçı) müqavilə üzrə icazələri fərdi qaydada aidiyyəti dövlət qurumlarından almalı idi”. 

Onun sözlərinə görə, layihədə portal vasitəsilə həyata keçirilən satınalmalarda (açıq tender və kotirovka sorğusu) iştirak haqqının portalın operatoruna ödənilməsi, portalın təkmilləşdirilməsi üçün dayanıqlı maliyyə təminatının yaradılması və satınalma barədə elanların yalnız portal vasitəsilə verilməsi diqqətdə saxlanılacaq: 

“Halbuki, əvvəllər elanların qəzetlərdə dərci həm maliyyə resurslarının, həm də vaxt itkisinə səbəb olurdu. Sənəddə malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğunun əvvəlcədən qiymətləndirilməsi prosedurunun müddətlərinin göstərilməsi, satınalma komissiyası üzvlərinin sayı, təhsil və peşə tələbləri ilə bağlı suallara aydınlıq gətirilməsi, tender iştirakçısının müsabiqədən kənarlaşdırılması səbəblərinin yazılı şəkildə iddiaçılara təqdim olunmasının tələb kimi qanuna daxil edilməsi əksini tapacaq”.

Tahir Mirkişili bildirib ki, qanun layihəsinin qəbul edilməsi nəticəsində biznes mühitinin əlverişliliyi daha da artırılacaq, bu da ölkəyə investisiyaların cəlb olunmasına töhfəsini verəcək: 

“Eyni zamanda, dövlət satınalmalarında şəffaflığın və səmərəliliyin artmasına, sui-istifadə hallarının minimallaşmasına nail olunacaq. Elektron üsulla keçirilən satınalmaların sayının artacağı üçün satınalmalara nəzarət asanlaşacaq, daha səmərəli hesabatlılıq qurulacaq və nəzarət imkanları genişlənəcək. Sahibkarlar arasında rəqabətliliyin artacağı ilə əlaqədar dövlət vəsaitindən daha qənaətli istifadəyə zəmin yaranacaq. Satınalma prosesində operativlik, çeviklik və əlçatanlıq səviyyəsi yüksələcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Doktor Vidadi V.Əliyev" MMC-də sertifikasiyadan keçməyən işçilər çalışır?

Hakan Fidan: "Türkiyə BRİCS-i alternativ iqtisadi platforma hesab edir"

Avropa İttifaqında avtomobil satışları kəskin azalıb

Almaniya qazın qiymətinin baha olmasının səbəbini açıqladı

Valyuta tənzimi qaydalarını pozan şirkət məhkəmə qarşısında

Azərbaycandakı tarixi abidələrin bərpası üçün Erix Pumerə 7 milyon manat ödəniləcək

Avropa Rusiyadan qaz almasa, bu qış özünü təmin edə biləcək?

Aİ Macarıstanın büdcə ödənişlərindən 200 milyon avro tutacaq - FT səbəbi açıqladı

"Şəmkir Regional Kənd Təsərrüfatı" cərimələnib

Avropa Yaxın Şərqdən dizel alışını artırır

Bakı Tərcümə Forumu süni intellekt inqilabı əsrində dil sənayesinin gələcəyini araşdıracaq

"iPhone 16 Pro Max" Azərbaycanda 7350 manata satılır - Real qiymətindən baha

Kredit ödəyəndə diqqət edin: "MilliÖn" faiz tutur?

"Zarat İmport Export" gömrük qaydalarını pozub

“Finex Kredit”in zəifləməsi fonunda rəhbəri işdən çıxarılıb

Bazar ertəsi işə getmək niyə işçilərə çətin gəlir?

Bazar ertəsi işə getmək niyə işçilərə çətin gəlir?

Prezident Şuşada Bayraq Meydanının açılışında iştirak etdi (YENİLƏNİB)

Suvarılan torpaqlarla bağlı iki fərqli statistika - Hansı qurumlar nəzarət etməlidir?

Saxta yuyucu vasitələr istehsal edən sex bağlandı

Bakı və rayonlarda pensiya niyə fərqli vaxtlarda verilir?

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb

Daxili dövlət borcunun artması iqtisadi artıma təsir edəcək? (ŞƏRH)

Digər ölkələrdə qadağa, Azərbaycanda hədsiz istifadə - Hansı məhsullarımızda palma yağı var?

Bakı Fond Birjasından Azərbaycanda kriptovalyuta bazarının inkişafı barədə AÇIQLAMA

Təqaüdlə təhsil alan tələbələrin sayı - Ölkə üzrə STATİSTİKA

Azərbaycanda zeytun yağı bir manatdan çox bahalaşıb, günəbaxan və qarğıdalı yağı ucuzlaşıb

Bakı Fond Birjasında "yaşıl" istiqrazların yerləşdirilməsi mümkün ola bilər

Əcnəbi turistlərin Bakıdan sonra ən çox getdiyi üç bölgə

Dövlət qurumları vətəndaşdan kağız sənəd tələb edə bilərmi?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin