Həftə sonları nəqliyyatın bərpası məqsədəuyğundur - TƏKLİF
“Məlum olduğu kimi, Bakıda növbəti bazar günü saat 00:00-dan mayın 16-sı saat 06:00-dək ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq”.
Valyuta.az xəbər verir ki, bu barədə açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov, hələlik heç bir ölkədə və eləcə də elmi araşdırmalarda qeyri-iş günlərində və eləcə də həftəsonlarında ictimai nəqliyyatın işləməməsinin yoluxma sayına təsirlərini ölçə bilən konkret metodların olmadığını bildirib.
"Digər tərəfdən, oxşar praktikadan, yəni ictimai nəqliyyatın fəaliyyətinə icazə verilməməsi, bu il Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində də istifadə olunub. Amma qeyri-iş günlərindən sonra biz ölkəmizdə yoluxma sayının artmasını müşahidə etdik. Bu baxımdan, qeyri-iş günlərində və həftə sonlarında ictimai nəqliyyatın fəaliyyətinin bərpası məqsədəuyğun olardı” – deyə deputat vurğulayıb.
Vüqar Bayramov qeyd edib ki, bir sıra inkişaf etməkdə olan ölkələrin praktikasını nəzərə alsaq, pandemiya dövründə qeyri-iş günlərində ictimai nəqliyyat fəaliyyətini dayandırmır, sadəcə müddəti qısa olur:
“Xüsusən də günün aktiv saatlarında nəqliyyatın işinin bərpası daha məqsədəuyğun olardı. Bu qeyri-iş günlərində müşahidə olunan nəqliyyat probleminin həllinə gətirib çıxara bilər".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay